Accessibility links

Toğrul Vəliyev: Azərbaycanın qaz hasilatı bu il və gələn il 50 milyard kubmetrə çatacaq


Toğrul Vəliyev: Azərbaycanın qaz hasilatı bu il və gələn il 50 milyard kubmetrə çatacaq
please wait

No media source currently available

0:00 0:05:15 0:00

İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının Azərbaycan qazına təlabatının sonrakı perspektivlərindən, o cümlədən yarana biləcək çətinliklərdən danışıb.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqı ölkələrinınin yeni enerji mənbələrinə can atmasına səbəb olub. Bu mənada Cənub Qaz Dəhlizinin genişləndirilməsi gündəlikdədir. Bu layihənin biznes razılaşmaları barədə nə deyə bilərsiniz?

Toğrul Vəliyev: Müharibə başlayandan bəri məlum oldu ki, Avropa yeni enerji mənbələri axtarışındadır. Əlbəttə, bu yeni enerji mənbələri arasında Azərbaycan da vacib yer tutmağa başlayıb. Çünki burada artıq ixrac infrastrukturu var idi. Avropa üçün ən vacib məsələ ondan ibarət idi ki, indi onun mövcud infrastrukturu 2022-ci ilin əvvəlinə əsasən Rusiyaya bağlı idi. İndi isə onu əvəz etmək lazımdır. Əvəz etmək üçün isə mövcud infrastruktur lazım idi. Yeni infrastrukturun tikilməsi vaxt tələb edirdi. Azərbaycandan gedən boru var idi deyə, bu əlbəttə ki, əlavə üstünlük idi. Amma bu boru indiki mərhələdə yalnız ən yaxşı halda illik 13 milyard kub metr ixrac imkanı verir. Bu çox da böyük deyil. Avropa üçün cüzi bir həcmdir. Bundan əvvəl bizim payımız kifayət qədər civarında idisə, indi ən yaxşı halda payımız 3.5 faiz civarında olacaq idi. Bu, böyük həcm deyil. Demək ki, Avropa bundan daha çox istəyir. Daha da artırmaq üçün əlbəttə ki, əlavə kompressor stansiyaları tikilməli idi və s. Biz müşahidə edirik ki, Azərbaycan buna investisiya yatırmaq niyyətində deyil. Bu investisiyanı Avropadan tələb edib ki, o yatırsın. O zaman artırmaq olar. Problem nədən ibarətdir? Problem ondan ibarətdir ki, biz bunu bu dəqiqə 15-16-18 milyard kubmetrə çatdırsaq, bu zaman zəmanət vermir ki, 5 il sonra eyni tələbat qalacaq. Məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, Azərbaycan qazına tələbat var ki, o nisbətən ucuzdur. Amma ümumi biz görürük ki, qazın qiyməti indi aşağı düşüb. Nəticə etibarı ilə Azərbaycan qazına tələbat azalacaq. Ona görə də indiki halda Azərbaycan buna investisiya yatırmaq niyyətində deyil.

Amerikanın Səsi: Sizcə Azərbaycanın qaz yataqları Cənub Qaz Dəhlizinin doldurulması üçün bəs edəcəkmi? Başqa mənbələrə, o cümlədən Tükmənistan qazının bu dəhliz vasitəsi ilə daşınması təmin edilə biləcəkmi?

Toğrul Vəliyev: Məsələ ondadır ki, Azərbaycanın öz qazı tam kifayət etməyəcək. Rəsmi proqnozlara görə, bizim qaz hasilatımız maksimum bu və gələn il 50 milyarda çatacaq və bundan sonra artmayacaq. Nəticə etibarı ilə bu o deməkdir ki, biz əlavə 2-3 milyard kub metr verə bilərik. Ondan çox yox. Avropanın tələbatı daha yüksəkdir. Biz bunu təmin edə bilməyəcəyik. Əlbəttə ki, əlavə mənbələrə müraciət etməlidir. Biz müşahidə edirik ki, Azərbaycan keçən il də Türkmənistandan müəyyən həcmdə qaz idxal edib. Rusiya ilə də hansısa sazişi var. Amma burada yenə də problem ondadır ki, ixrac imkanlarımız məhduddur. Öz qazımızı o qədər ixrac etmək imkanımıza malik deyilik. Nəzərə almaq lazımdır ki, bizim qazımız Azərbaycanın özündə də istehlak olunur. Nəticə etibarı ilə ən yaxşı halda biz indiki rəqəmlərdən 1-2 milyard çox qaz verə bilərik. Ondan çox qaz verə bilmərik. Ona görə biz başqa mənbələr axtarmalıyıq. Bu imkanlar da məhduddur. Biz Türkmənistandan daha çox qaz ala bilməyəcəyik. Biz bəyan olunan 20 milyard rəqəmə heç vaxt nail ola bilməyəcəyik.

Amerikanın Səsi: Son dövrlər Qara dənizin altı ilə Avropaya elektrik enerjisinisin ötürülməsi üçün xətt çəklişi gündəliyə gəlib. Sizcə layihənin reallaşdırılması rentabelli olacaqmı?

Toğrul Vəliyev: Qiymətlər qalxanda belə böyük layihələr ağıla gəlir. Amma reallıqda onun reallaşması qiymətdən aslıdır. İndi biz müşahidə etdiyimiz nədən ibarətdir? Müvafiq enerji resurslarının qiymətləri aşağı düşüb. Enerji resurslarının qiymətləri aşağı düşəndə elektirik enerjisinin müvafiq olaraq qiyməti çox da baha olmayacaq. Elektrik enerjisini edir həmişə istehlak məntəqəsinin yanında istehsal etmək sərf edir, nəinki 1000 kilometr o tərəfdən gətirmək. Bu, çox bahalı layihə olacaq. Əgər indiki trend qalsa bu heç bir məntiqə sığmayan layihədir. Düşünürəm ki, onu elan edəndə də, bazara müəyyən təzyiq göstərməklə gələcək perspektivlər barədə söhbət edilirdi, nəinki reallıq nəzərdə tutulurdu.

Qeyd: Bu, iqtisadçı Toğrul Vəliyevin fikirləridir. Rəsmi Bakı bərpa olunan enerji istehsalının sürətlə artırılmasını və Avropa bazarına ixracını prioritet elan edib. Ötən il Azərbaycan xarici bazarlara 22 milyrad kubmetrdən çox qaz çıxarıb. Bu il isə bu həcmin 24 milyard kubmetrədək olacağı bildirilib.

Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamaqda davam edəcək.

Bu barədə fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, orta və uzunmüddətli perspektivdəki hədəf Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.

"2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur", o qeyd edib.

XS
SM
MD
LG