Accessibility links

Rusiya qazı uğrunda rəqabət artır


Rusiya qazı uğrunda rəqabət artır
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Rusiya qazı uğrunda rəqabət artır

Qış mövsümündə Avropa qaz qıtlığı ilə üzləşib. Rusiyadan qaz ixracının aşağı həcmi qiymətlərdə böyük artıma səbəb olub. Lakin Rusiyanın qaz tədarükünün qeyri-sabitliyi daha da pisləşə bilər. Belə ki, Moskva Çinə yeni boru kəməri çəkməyi planlaşdırır və bu, Rusiyaya ən yüksək qiymət təklif edənə qaz satmaq səlahiyyəti verə bilər.

Rusiya artıq Çin iqtisadiyyatını dəstəkləmək üçün uzaq şərqindəki qaz yataqlarından istifadə etməklə Sibirin donmuş ərazilərindən Çinə təbii qazın bir hissəsini göndərir. “Sibirin Gücü 1” boru kəməri 2019-cu ildə açılıb.

“Sibirin Gücü 1 Avropa bazarını təmin edə biləcək yataqlara qoşulmayan qazdan istifadə edir. Deməli, hazırda söhbət heç olmasa Rusiyadan Çinə gedən qazdan, Avropaya gedə biləcək qazın itkisindən söhbət gedə bilməz”- deyə, . ICIS-də Qaz Analitikasının rəhbəri Tom Marzec-Manser bildirib.

Amma bu, tezliklə dəyişə bilər. Moskva və Pekin Rusiyadan Çinə qaz ixracını ikiqat artıracaq ikinci boru kəməri - “Sibirin Gücü 2” layihəsini razılaşdırmağa yaxındır. Kəmər Monqolustandan keçərək Pekin yaxınlığındakı enerjiyə ehtiyacı olan sənaye bölgələrinə yönələcək və Rusiyanın daxili qaz şəbəkəsinə qoşulacaq, habelə Çini Rusiyanın Yamal yarımadasındakı Avropanı təmin edən eyni qaz yataqları ilə birləşdirəcək.

“Bu, əsas ixracatçı kimi “Qazprom”a qazı bir bazardan digər bazara yönəltmək imkanı verir” - deyə, Marzec-Manser əlavə edib.

Bu, Rusiyaya əhəmiyyətli təsir rıçaqları verə bilər.

“Texniki olaraq, qiymət sisteminin ən yüksək qiymət təklif edənə satmaq imkanı olacaq şəkildə dizayn edilib-edilməyəcəyini söyləmək çətindir, lakin mən hesab edirəm ki, Rusiya niyyətində mütləq bu istiqamətə baxır, ən azı ritorik olaraq qarşıdakı onillikdə ondan rıçaq kimi istifadə edəcək” - deyə, Avropa Xarici Əlaqələr Şurasından Filip Medunic qeyd edib.

Rusiya Ukrayna ilə sərhədə 100 mindən çox hərbçi toplayıb. Analitiklərin fikrincə, Qərb Rusiyanı Ukraynanı işğal edərsə, sarsıdıcı sanksiyalarla hədələyir. Moskvanın öz qazı üçün yeni müştərilər tapmaq üçün başqa stimulları da var.

“Avropa İttifaqının dekarbonizasiya baxımından trayektoriyası ondan ibarətdir ki, qaz orta və uzunmüddətli perspektivdə azalan rola malik olsun” , Marzec-Manser bildirib.

Lakin analitiklərin fikrincə, yeni Çin bazarında naviqasiya Moskva üçün asan olmayacaq.

“Çin siyasi, iqtisadi, həmçinin hərbi mövqeyindən və çəkisindən istifadə etməsi ilə, danışıqlarda sərt tərəfdaş kimi tanınır. Həm də özünü burada daha çox böyük hegemon, Rusiyanı isə kiçik tərəfdaş hesab edir”.

“Sibirin Gücü 2” boru kəməri ilə bağlı müqavilənin gələn ay Pekində keçiriləcək Qış Olimpiya Oyunları zamanı imzalana biləcəyi ilə bağlı fərziyyələr var. Lakin hələlik heç bir rəsmi təsdiq yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG