Accessibility links

Azərbaycan son yeddi ayda xaricə qaz ixracını 24 faiz artırıb


Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

2022-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.

Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

“Hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur. 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 198 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib,” nazirlik bildirir.

İyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Memoranduma uyğun olaraq Azərbaycandan Avropaya qaz ixracı iki dəfə artırılacaq.

Azərbaycan bildirib ki, hazırda il ərzində 8 milyard kub metr qazı Avropaya ötürür, yaxın illərdə bu həcmi 20 milyard kub metrə çatdıracaq. 2023-cü ildə Avropaya ixrac ediləcək qaz həcmi 12 milyard kub metrə çatdırılacaq.

XS
SM
MD
LG