Accessibility links

 
Avropa Komissiyasının Prezidenti: Məqsədimiz Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır

Avropa Komissiyasının Prezidenti: Məqsədimiz Azərbaycandan Avropa İttifaqına qaz nəqlini iki dəfə artırmaqdır


Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen

“Avropa İttifaqı daha etibarlı enerji təchizatçılarına müraciət edir.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen twitterində bildirib.

O, Azərbaycana yeni müqavilə imzalamaq üçün gəldiyini qeyd edib.

“Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, - o bildirib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iyulun 18-də Azərbaycana səfərə gəlib.

Avropa İttifaqının məlumatına görə, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.

İyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirib ki, yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bu sənəd əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.

Dövlət başçısı həmçinin deyib ki, bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılır.

“Biz yeni saziş üzərində işləyirik. Sazişin böyük hissəsi razılaşdırılıb və razılaşdırılmamış məsələlər də müzakirə olunur. Ümid edirəm ki, yaxın gələcəkdə bütün məsələlər razılaşdırılacaq,” - o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG