Accessibility links

İran Azərbaycanında neft istehsalına başlana bilər


İran Azərbaycanında neft istehsalına başlana bilər
İran Azərbaycanında neft istehsalına başlana bilər

İran Azərbaycanının Ərdəbil vilayətində yerləşən Muğan bölgəsinə neft istehsalı üçün istifadə olunan qazma qurğusu gətirilib.

İran dövlət teleradiosunun verdiyi məlumata görə, təqribən 10 il sürən araşdırmalardan sonra nəhayət Cəfərabad bölgəsinə neft istehsalı üçün qazma qurğularının quraşdırıldığı bildirilir.

Parsabad, Biləsuvar və Aslanduzun parlamentdəki deputatı Abbas Cahangirzadə qazma qurğusunun parçalarının 120 yük maşını ilə bölgəyə gətirilərək quraşdırıldığını ifadə edib. Onun verdiyi məlumata görə, Muğan bölgəsində neft qazma işləri üçün bölgəyə 100 nəfər də yerləşdirilib.

Daha əvvəl Cahangirzadə neft istehsalının başlanması üçün lazım olan infrastrukturun, o cümlədən yolların, elektrik enerjisinin və qazın bölgədə təmin edildiyini açıqlamışdı.

İranın Neft və Enerji xəbər agentliyi SHANA-nın yayımladığı məlumata görə, Muğana gətirilən qazma qurğusu İranın güneyində yerləşən ən çox neft yataqları mövcud olan Xuzestan vilayətinin Ahvaz şəhərindən gətirilib.

Bölgədə 2 min at gücü və 6 min metr dərinlikdə neft və qaz quyularının qazılması imkanına sahib olan qurğudan istifadə ediləcək. Muğana gətirilən qazma qurğusu 2000-ci ildə İranın güneyində işə alınıb və indiyədək 33 neft və qaz quyusu qazıb.

İran rəsmiləri daha öncə İran Azərbaycanının Sarab və Bostanabad şəhərlərində neft mənbələrinin olduğu ehtimalından xəbər vermişdilər. Şərqi Azərbaycan vilayətinin bu şəhərlərində neft yataqları olma ehtimalından xəbər verilib, mənbələrdən neft çıxarıla biləcəyi haqda tədqiqatın davam etdiyi bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG