Accessibility links

İran Azərbaycanında neft ehtimalı araşdırılır


İranın Şərqi Azərbaycan vilayətinin Sarab və Bostanabad şəhərlərində neft mənbələrinin olduğu ehtimalından xəbər verilib.

İSNA xəbər agentliyinə istinadən, Səhənd Texnologiya Universitetinin Neft və Qaz Tədqiqat İnstitutunun rəhbəri Əlirza Təbatəbayinejad Şərqi Azərbaycan vilayətinin bəzi bölgələrində neft yataqları olma ehtimalından xəbər versə də, o hələ bu mənbələrdən neft çıxarıla biləcəyi haqda tədqiqatın davam etdiyini bildirib.

Əlirza Təbatəbayinejad
Əlirza Təbatəbayinejad

Təbatəbayinejadın dediyinə görə, tədqiqatlar nəticəsində Bostanabad və Sarabda karbohidrogen olduğu təsdiqlənsə və miqdarı əlverişli olsa, tədqiqatlar davam edəcək və seysmologiya işləri aparılacaq və sonra ilk axtarış quyusu qazılacaqdır.

2019-cu ilin əvvəllərində İranın xəbər agentlikləri Şərqi Azərbaycanın Sarab şəhərində neft mənbələrinin rəsmilər tərəfindən təsdiqləndiyini bildirmişdilər. Sarabın İran parlamentindəki deputatı 2016-dan bölgədə neft axtarış tədqiqatları aparıldığını bildirmişdi.

Daha öncə İran Azərbaycanının Ərdəbil vilayətində yerləşən Muğan bölgəsində neft yataqları olduğu təsdiqlənmişdi. Muğanda, Biləsuvar şəhərinin Qırlı bölgəsində olan iki neft blokunun ehtiyatlarının dörd milyard barreldən çox olduğu təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG