Tələbə Güc Mərkəzinin sədri Fərid İmanova təşkilatlarının mayın 5-i Təhsil Nazirliyi qarşısında keçirilən aksiyanın məqsədi, ölkədəki təhsillə bağlı müşahidə etdikləri problemlər və Təhsil Nazirliyi nümayəndəsi ilə görüş haqda suallarımızı ünvanladıq.
Aprelin 29-da Azərbaycan Feminist Hərəkatı Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanı “mükafat”-la təltif edib. Feministlər Azərbaycanda qadın qətllərinin və məişət zorakılığının artmasında əvəzsiz xidmətlərinə görə "Qadın qətllərinə dəstək" ordeni təsis edib.
“Bu, insan oğurluğudur və cinayətdir. Hakimiyyətin borcudur ki, bunu araşdırsın." ReAL partiyasının icraçı katibi Natiq Cəfərli ilə Bəxtiyar Hacıyevin küçədə oğurlanaraq, işgəncəyə məruz qalması haqda verdiyi məlumata ictimaiyyətin reaksiyası və ReAL partiyasının mövqeyi haqda danışmışıq.
İctimai fəal Bəxtiyar Hacıyev aprelin 21-də oğurlanaraq təzyiqlərə məruz qalması şikayəti əsasında cinayət işi ilə bağlı istintaqın gedişatı haqda danışır.
Aprelin 26-da "Wolt" və "Bolt food" şirkətlərinin əməkdaşları moto-yürüş keçiriblər. Kuryerlər xidmət haqlarının əvvəlki məbləğə qədər qaldırılmasını istəyirlər. Onlar iddia edir ki, şirkət rəhbərliyi onları görüşə qəbul etmir. Məsələ ilə bağlı "Wolt" və "Bolt food" şirkətləri münasibət bildirməyib.
Aprelin 24-də aktyor Elmin Bədəlov gəlinlik paltarında performans göstərib. O, öz performansı ilə qadınların evlilik adı altında satılmasına diqqət çəkməyə çalışıb. Aktyor gəlinlik paltarına tikanlı məftillər dolayıb. Onun sözlərinə görə, bu məftillər cəmiyyəti simvolizə edir.
“Nida” Vətəndaş Hərəkatının təşkilatçılığı ilə “Dissidentlər” kitabının təqdimatı keçirilib. “Dissidentlər” Azərbaycanda və digər ölkələrdə təqibə məruz qalan insanların həyatından bəhs edən məqalələr toplusudur. Kitab bir il öncə həyatını itirmiş ictimai fəal Bayram Məmmədova həsr olunub.
Aprelin 22-də Xətai Rayon Məhkəməsində heyvan haqları müdafiəçilərinin məhkəmə prosesi keçirilib. "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib.
Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə bu gün məhkəmədə 3 şahid dindirilib. Zərərçəkən Sənay Yağmurun anası Zümrüd Yağmur deyir ki, ekspert ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğunu təsdiq edib.
Aprelin 18-də “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı mart ayında ölkədə insan hüquqlarının pozulması haqqında hesabatında Azərbaycanda insan haqları ilə bağlı qanun pozuntularının daha da çoxaldığını, təqiblər, qanunsuz həbslər və ədalətsiz məhkəmə hökmlərinin davam etdiyini bildirib.
Aprelin 12-də Ali Məhkəmə siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə proses keçirib. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Polis olan həyat yoldaşından şikayətinə görə izahat vermək üçün 24-cü polis bölməsinə gedən və orada qətlə yetirilən Xanım Məmmədovanın ölümüylə bağlı məhkəmə prosesi başa çatıb. Polis bölməsində təhqiqatçının kabinetində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib. Məhkəmə qətl hadisəsiylə bağlı 17 il 6 ay azadlıqdan məhrum etmə, hadisədən əvvəl yetirilmiş yüngül xəsarətə görə isə 6 ay azadlıqdan məhrum etmə barədə qərar qəbul edib.
Aprelin 12-də Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvləri Rusiyanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirilməyə cəhd göstərib, lakin polis etirazçılara səfirliyə yaxınlaşmağa imkan verməyib. Polis dağılışmağı tələb edərək etirazçıları səfirlikdən uzaqlaşdırmağa başlayıb və bir neçə yüz metr onları müşayiət edib.
Daha çox yüklə