Accessibility links

Hüquq müdafiəçisi qazilər haqda: “Bugünə qədər onların haqlı tələbləri hələ də yerinə yetirilməyib”


Hüquq müdafiəçisi qazilər haqda: “Bugünə qədər onların haqlı tələbləri hələ də yerinə yetirilməyib”
please wait

No media source currently available

0:00 0:02:22 0:00

İyunun 13-də “Gənc Qazilər” İctimai Birliyi üzvləri və “Müdafiə Xətti” insan haqları təşkilatı ilə birgə keçirdikləri mətbuat konfransında İkinci Qarabağ Müharibəsində iştirak etmiş müharibə iştirakçılarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı narazılıqlarını dilə gətiriblər.

“Müdafiə Xətti” insan haqları təşkilatının həmtəsisçisi Zaur Əkbər qeyd edib ki, müharibə iştirakçılarına qarşı müxtəlif dövlət qurumları tərəfindən ayrıseçkilik olunur, onların haqları kobud şəkildə pozulur:

“Biz onları bir neçə dəfə müxtəlif dövlət orqanları, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirdiklərini görmüşək, amma təəssüflər olsun ki, bu günə qədər onların haqlı tələbləri hələ də yerinə yetirilməyib”.

“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin sözlərinə görə, dəfələrlə nazirliyin rəsmiləri ilə onlarla müharibə iştirakçılarının əlillik probleminin həlli ilə bağlı tələb qoysalar da, buna məhəl qoyulmayıb.

“Bizim tələbimiz ondan ibarətdir k, “müharibə adamları” komitəsi yaradılsın, o komitəyə ədalətli, cəmiyyətin də tanıdığı, cəmiyyət arasında nüfuza malik olan şəxslər rəhbərlik eləsin.” - deyə o bildirib.

Müharibə iştirakçılarından biri Ceyhun Məmmədzadə isə deyir ki, veteranların əlilliyinin qiymətləndirilməsi yalnış aparılır.

“Mənim məsələn, əlilliyim təyin olunub, əlilliyimdə qeyd olunub ki, sən demə, mən Azərbaycanda yeganə insanam ki, okeandan atılan raket atəşi nəticəsində yaralanmışam. Ancaq mən düşmən tərəfindən atılan ağır artilleriya nəticəsində yaralandım, mənim əlilliyimdə isə qeyd olunub ki, düşmən tərəfindən atılan yox, hərbi dəniz silahından mən yaralanmışam”, deyə o qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov etiraz edənlərin sağlamlıq vəziyyətinin əlilik təyinatına əsas vermədiyini, etiraz edənlərin əvvəlcə hərbi həkim komissiyasına müraciət etməli olduqlarını bildirib.
İkinci Qarabağ müharibəsinin bəzi iştirakçıları müxtəlif vaxtlarda eyni tələblərlə aksiya keçiriblər.

Bundan əlavə nazirlikdən bildirilib ki, İkinci Qarabağ Müharibəsin iştirakçılarından indiyədək 2700-dən çox şəxsə əlillik statusu verilib.

XS
SM
MD
LG