Accessibility links

Jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu bildirən fəallar aksiya keçirib


İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlində təqsirləndirilən Əmrulla Güləliyevin məhkəmə prosesi iyulun 18-ə təxirə salınıb.

Məhkəmə qarşısında toplaşan fəallar Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu və buna görə də onun qətlinin siyasi olduğunu deyirlər. Fəallar “Əvəzin qatili dövlətdir”, “Nifrət qətlləri siyasidir” yazılan plakatlar qaldırıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Əvəz Şıxməmmədov (Hafizli) bu ilin fevral ayında əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib. Təqsirləndirilən şəxs sərxoş olduğunu və aralarında yaranan mübahisə zamanı cinayəti törətdiyini bildirib.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır.

Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib.

XS
SM
MD
LG