Accessibility links

Yeniyetməyə təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin növbəti məhkəmə prosesi keçirilib


Yeniyetməyə təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin növbəti məhkəmə prosesi keçirilib
please wait

No media source currently available

0:00 0:02:40 0:00

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə Sənay Yağmuru təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi keçirilib.

Ağazadə 2021-ci ilin oktyabrında şübhəli şəxs qismində saxlanılıb və ona qarşı zorlama ittihamı ilə cinayət işi açılıb. Bu iş üzrə məhkəmə 2022-ci ilin yanvar ayından bəri keçirilir.

Məhkəmədə zərərçəkmiş Sənay Yağmur ifadə verib. O, Amerikanın Səsinə məhkəmənin prosesinin gedişatını əsas gətirərək, ədalətli qərarın veriləcəyinə şübhə etdiyini bildirdi:

“Qarşı tərəf intim, şəxsi həyatımla bağlı suallar verirdi, məhkəmə bəzi şəxsi həyatımla bağlı sualları dayandırırdı ki, bunun məhkəmənin gedişatına aiddiyyatı yoxdur. Amma çox təəssüf ki, məhkəmə bəzi suallara bizim etiraz etmək hüququmuzu belə tanımırdı.”

Zümrüd Yağmur məhkəmə binası önündə.
Zümrüd Yağmur məhkəmə binası önündə.

Zərərçəkmişin anası Zümrüd Yağmur iddia edir ki, bu məhkəmə işi siyasi qisasa çevrilib:

“Mən buradan Azərbaycan hakimiyyətinə, İlham Əliyevə bir başa müraciət edirəm ki, siz müxalif olduğuna görə azyaşlıya qarşı cinayət etmiş bir zorakını da qoruyacaqsınızsa, mən bilmirəm ki, dünya ictimaiyyətinin qarşısına necə çıxacaqsınız. Mənə maraqlıdır ki, bir zorakı niyə bu qədər dəyərlidir?”, deyə o bildirib.

Əsgər Ağazadənin anası Sürəyya Ağayeva oğlunun günahsız olduğunu bildirib və buna misal olaraq, məhkəmədə təqdim olunan rəyi göstərib:

“Hətta Baş Prokurorluğunun verdiyi son rəydə yazılıb ki, kişi cinsinə aid Y xromosomu aşkarlanmadı və Əsgər Ağazadəyə aid heç bir bioloji material tapılmadı.”

Növbəti məhkəmə prosesi iyunun 29-a təyin olunub.

2021-ci ilin oktyabr ayında yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək yeniyetmə qızının 1 il öncə cinsi təcavüzə məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların bacısı oğlu Əsgər Ağazadəyə məxsus olduğu göstərilib.

Həmin mətbuat konfransından öncə Yasamal Rayon Prokurorluğu yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

XS
SM
MD
LG