Accessibility links

"Tərtər işi" üzrə ardıcıl araşdırma aparan Abid Qafarov 1 il azadlıqdan məhrum edilib


Abid Qafarov
Abid Qafarov

İyulun 13-də Yasamal Rayon Məhkəməsinin hökmü ilə "Bakı Birlik Təşkilatı" ictimai birliyinin sədri, KİM.TV YouTube kanalının aparıcısı, "Tərtər işi" üzrə ardıcıl araşdırma aparan Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan (cinayət məcəlləsinin 147-ci maddəsi) və təhqirdə (148-ci maddədə) ittiham edilirdi.

Qafarova qarşı İkinci Qarabağ Müharibəsi veteranlarından ibarət qrup iddia qaldırıb. Onlar böhtan və təhqirlə üzləşdiklərini bildirirlər.

Müdafiə tərəfi bildirir ki, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə, onları qınayıb.

Qafarov "Tərtər işi"ndə işgəncə və zorlama kimi halların olması iddiası ilə bağlı çıxışları ilə tanınır.

2017-ci ildə açılan və ötən il yenilənən həmin cinayət işində bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan Baş Prokurorluq həmin işdə təqsirilndirilən bir çox hərbi qulluqçuların işgəncəyə məruz qalmasını və bu işlə bağlı həbs edilənlərin də olduğu açıqlayıb.

Hazırda yenilənən istintaqın davam etdiyi və zərərçəkənlərin sayının artdığı deyilir.

Amma həmin zaman həlak olan və sonradan bəraət alan bəzi hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.

XS
SM
MD
LG