Media hüququ üzrə ekspert Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda media sahəsində qanunvericiliyin mövcud durumundan, o cümlədən jurnalistlərin hüquqlarının qorunması istiqamətində atılan addımların effektivliyindən danışıb.
Norveçli deputat Liz Kristoffersen Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi seçilib.
Hüquq müdafiəçisi, vəkil Rəsul Cəfərov Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin hazırkı vəziyyətindən danışıb. O qeyd edir ki, son zamanlar siyasi motivli işlər azalsa da, problem həll olunmayıb.
Oktyabrın 11-i AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" mövzusu müzakirə edilib. Komitə məsələni araşdırmaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.
Rusiyalı müxalif siyasətçi, hazırda həbsdə olan Vladimir Kara-Murza Avropa Şurası Parlament Assambleyasının Vaslav Havel adına insan hüquqları mükafatına layiq görülüb.
Azərbaycanlı siyasi mühacirlər oktyabrın 8-də Fransanın Strasburq şəhərində aksiya keçirib. Etirazçılar Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbs edilən mühacir fəalların işinə, Azərbaycanda insan hüquqları pozuntularına diqqət çəkmək istəyir.
Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron arasında oktyabrın 6-sı dördtərəfli görüş baş tutub.
Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə avqustun 31-i Brüsseldə yenidən bir araya gəlib.
"Azadlıq"qəzetinin mühacirətdəki redaktoru Rahim Hacıyev isə hesab edir ki, reket jurnalistikası Azərbaycanda olan vəziyyətlə bağlıdır. Onun fikrincə bu ölkədə olan rejimin xarakterindən irəli gələn məsələdir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili yaydığı bəyanatda jurnalist Əfqan Muxtarlının hakim Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlandığını bildirib.
Belçikalı deputat Kristof Lakruanın təqdim etdiyi sənəddə jurnalist Əvəz Hafizlinin qətlə yetirilməsi, fəal Bəxtiyar Hacıyevə qarşı hücum qeyd edilir.
Daha çox yüklə