Accessibility links

Əfqan Muxtarlı: Oğurlanmağıma dair əmri İvanişvilinin verdiyi bizə məlum idi


Əfqan Muxtarlı: "Oğurlanmağıma dair əmri İvanişvilinin verdiyi bizə məlum idi"
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvili yaydığı bəyanatda jurnalist Əfqan Muxtarlının hakim Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanişvilinin əmri ilə Tbilisidən oğurlandığını bildirib.

Qoqaşvili bu məlumatı iyulun 26-da Rustavidə cəza çəkdiyi həbsxanadan göndərib. Bəyanatda Əfqan Muxtarlı işi üzrə bütün sübutların Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat-Texniki Departamenti tərəfindən məhv edildiyi bildirilir.

Əfqan Muxtarlı əməlliyatın Gürcüstan hökumətinin razılığı ilə həyata keçirildiyini ona ilk gündən məlum olduğunu deyir:

"Məni oğurlayan şəxslər Gürcüstan Daxili İşlər Nazirliyinin Kriminal polisinin əməkdaşları olub. Əməliyyatda Gürcüstan Xüsusi Xidmət Orqanlarının əməkdaşları iştirak edib, Gürcüstan Sərhəd Qoşunları iştirak edib. Habelə, Laqodexidə yerləşən Gömrük Keçid Məntəqəsinin rəisi və əməkdaşları iştirak edib. Dörd müxtəlif dövlət qurumu bir jurnalistin oğurlanması üçün bir araya gələ bilməzdilər. Bəlli idi ki, bu, siyasi qərardır və birbaşa hökumətin başında duran şəxs tərəfindən verilib."

Hazırda Almaniyada mühacir həyatı yaşayan Əfqan Muxtarlı Qoqaşvilinin bəyanatının ciddi hadisə olduğunu deyir. "Bu şəxs mənim oğurlanmağımın bütün detallarını bilir. Əmrin İvanişvili tərəfindən verildiyi bizə əvvəldən məlum idi, sadəcə, Soso Qoqaşvilinin verdiyi bəyanat ən yüksək səviyyədə etirafdır."

Muxtarlı məsələ ilə bağlı vəkilinin artıq Gürcüstan Prokurorluğuna müraciət ünvanladığını, Qoqaşvilinin onun işi ilə bağlı ifadə verməsinə, həmçinin, İvanişvilinin istintaqa cəlb edilməsinə çalışacaqlarını bildirib.

2017-ci ilin mayında Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstanın güc strukturları tərəfindən saxlanılıb, zor tətbiq edilərək sərhəddə Azərbaycan tərəfinə təhvil veriblər. Muxtarlı 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittihamları altı il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il martın 17-də məhkəmə Muxtarlının cəzasını yüngülləşdirib, o azad edilib və Almaniyaya mühacirət edib.

XS
SM
MD
LG