Accessibility links

Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşü baş tutub


Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə növbəti görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:01:42 0:00

Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə avqustun 31-i Brüsseldə yenidən bir araya gəlib.

Şarl Mişel üçtərəfli görüşün açıq və səmərəli keçdiyini, Cənubi Qafqazda son hadisələri, Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdiklərini bildirib.

Tərəflər iki ölkə arasında sülh sazişinin hazırlanmasına dair işlərin sürətləndirilməsi barədə razılığa gəlib. Xarici işlər nazirləri növbəti ay ərzində mətn layihələri üzərində işləmək üçün görüşəcək.

Görüşdə həmçinin, ərazilərin minalardan təmizlənməsi, saxlanılanlar, itkin düşənlərin taleyi kimi humanitar məsələlər müzakirə edilib.

Tərəflər sərhədlərin delimitasiyasına dair görülən işləri nəzərdən keçirib və sərhəd komissiyalarının növbəti görüşünün noyabrda Brüseldə keçirilməsi üzrə razılığa gəliblər.

Avropa İttifaqı Şurasının prezidenti hər iki tərəfdə əhalini uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyini qeyd edib. “Bu kontekstə ictimai mesajlar çox vacibdir – belə bir həssas situasiyada ictimaiyyət arasında deyilən hər bir söz digər tərəfdə də eşidilir və ölçülüb-biçilir”, – deyə bəyanatda deyilir.

Tərəflər noyabrın sonunda bu formatda yenidən görüşməyə razılaşıblar. Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri daha əvvəl 2021-i ci ilin dekabrında, bu ilin aprel və may aylarında görüşmüşdülər.

XS
SM
MD
LG