Accessibility links

AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib


AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edib
please wait

No media source currently available

0:00 0:01:06 0:00

Norveçli deputat Liz Kristoffersen Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi seçilib.

"Mənim başqa ölkələr üzrə məruzəçi kimi təcrübəm var. Moldova və Makedoniya üzrə məruzəçi olmuşam. Məruzəçi kimi bizim vəzifəmiz insan hüquqları, demokratiya və qanunun aliliyinə dair vəziyyətə baxmaqdır" - norveçli deputat Amerikanın Səsinə bildirib. O, monitorinq aparmaq üçün gələn ilin fevralında ölkəyə səfər edəcəyini qeyd edib.

“Həmkarım, digər həmməruzəçi ilə birlikdə gələn ilin fevralında Azərbaycana səfər etməyi planlaşdırıram. Səfər zamanı hakimiyyət nümayəndələri, parlament nümayəndələri, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşlər keçiriləcək".

Xanım Kristoffersen, həmçinin, mühacirətdə yaşayan Azərbaycan vətəndaşları ilə də görüşməyi planlaşdırdığını, diqqətini əsasən insan haqları, məhkəmlərin müstəqilliyi, ifadə azadlığına dair vəziyyətə yönəldəcəyini deyib.

Norveçin Əmək Partiyasından olan deputat Liz Kristoffersen Azərbaycan üzrə həmməruzəçi kimi 5 illik mandatı olacaq. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə digər həmməruzəçisi isə Böyük Britaniyanın Mühafizəkarlar Partiyasından Yan Lidel Qreyncerdir.

XS
SM
MD
LG