Belçikalı deputat Kristof Lakruanın təqdim etdiyi sənəddə jurnalist Əvəz Hafizlinin qətlə yetirilməsi, fəal Bəxtiyar Hacıyevə qarşı hücum qeyd edilir.
İyunun 23-ü Avropa İttifaqının sammitində Ukrayna və Moldovaya ittifaq üzvlüyünə namizəd statusu verilib.Qərarı açıqlayan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bunu tarixi qərar adlandırıb.
Avropa Şurasının Venesiya komissiyası Azərbaycanın yeni media qanununun Avropanın ifadə və media azadlığı standartlarına uyğun olmadığını bildirib. Venesiya Komissiyası qanunu hazırkı formada icra etməməyə, məhdudlaşdırıcı müddəaları ləğv etməyə çağırıb.
İyunun 14-ü Fransada yaşayan bloqer Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb. Sərhədsiz Reportyorların məlumatına görə, saxlanılanlardan biri azərbaycanlı, o biri türk əsilli moldovalıdır.
Avropa Məhkəməsinin qərarlarının icrasını monitoring edən Avropa İcra Şəbəkəsi təşkilatının direktoru Corc Stafford Azərbaycanın Avropa Məhkəməsinin qərarlarının icrasına dair göstəricilərinin olduqca pis olduğunu deyir.
Fransada yaşayan rusiyalı fəallar Ukrayna müharibəsinə və Putin rejiminə qarşı aksiya keçirib. Fəallar simvolik etiraz əlaməti olaraq üçrəngli Rusiya bayrağındakı qırmızı rəngi yuyublar.
Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş baş tutub.
Azərbaycanlı siyasi mühacirlər mayın 21-də Fransanın Strasburq və başqa bir neçə şəhərində aksiya keçirib. Aksiya son dövrlərdə Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbs edilən siyasi fəalların işinə diqqət çəkmək məqsədi daşıyır.
Mayın 3-də dünyada Beynəlxalq Media Azadlığı Günü qeyd edilir. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir? Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür.
Rusiyanın Ukraynaya iki aydan artıqdır davam edən hərbi təcavüzü AŞPA-nın bu həftə baş tutan yaz sessiyasının əsas mövzusu olub. AŞPA üzvləri Rusiyanın hərbi təcavüzü dayandırması üçün qəti addımların atılmasına, müharibədən əziyyət çəkən Ukraynaya dəstək üçün birlik nümayiş etdirməyə çağırıb.
Hüquq müdafiəçisi Emin Hüseynov Prezident Putinə yaxınlığı ilə bilinən Azərbaycan əsilli iş adamlarının və onların Qərb ölkələrindəki mülklərinin siyahısını hazırladıqlarını bildirib.
Praqada yaşayan ruslar ağ və göy rəngli bayraqları ilə Ukrayna müharibəsinə etiraz etmək üçün toplaşıb. Bazar günü Çexiya paytaxtında baş tutan Ukraynaya dəstək aksiyası və xeyriyyə konsertində yüzlərlə yerli sakin, ukraynalı qaçqınlar iştirak edib.
Praqa şəhərində Azərbaycanda insan hüquqları pozuntularından, "Kürü diplomatiyası", "Landromat" kimi korrupsiya və çirkli pul yuma əməlliyyatlarından bəhs edən "Kürü bağlantısı" filmi nümayiş edilib. Filmin nümayişi "One World" beynəlxalq insan hüquqları sənədli film festivalı çərçivəsində baş tutub.
Ukraynada müharibənin başlamasından bəri təqribən 4 milyona ukraynalı qaçqın düşüb. Almaniyanın Hamburq şəhərində yaşayan Rza Kazımov qaçqınlara yardım etmək üçün könüllülər sırasına qoşulub. Qaçqınların qarşılanması və Almaniyaya gətirilməsi üçün bir neçə dəfə Polşanın Krakov şəhərinə gedən Rza, müşahidə və təcrübələrini Amerikanın Səsi ilə bölüşüb.
Martın 24-də Avropa İnsan Hüquqları Məhkəməsi Qənimət Zahidin ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu tanıyıb. Strasburq məhkəməsinin qərarına əsasən, Azərbaycan mənəvi zərərə görə Azadlıq qəzetinin baş redaktoruna 8 500 avro təzminat ödəməlidir. Təzminatın ona dəyən mənəvi zərəri qarşılamadığını deyən Qənimət Zahid, qərarın Azərbaycanda ifadə azadlığına hər hansı müsbət təsirinin olmadığını qeyd edib.
Daha çox yüklə