Accessibility links

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanı "Media haqqında" yeni qanunu dəyişməyə çağırır


Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanı "Media haqqında" yeni qanunu dəyişməyə çağırır
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Avropa Şurasının Venesiya komissiyası Azərbaycanın "Media haqqında" yeni qanununun Avropanın ifadə və media azadlığı standartlarına uyğun olmadığını bildirib. Venesiya Komissiyası Qanunu hazırkı formada icra etməməyə, məhdudlaşdırıcı müddəaları ləğv etməyə çağırıb.

"Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da çəkindirici təsirə malik olacaq" - deyə, Venesiya Komissiyasının rəyində qeyd edilir.

Mogens Yensen, AŞPA-nın Media Azadlığı və Jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi
Mogens Yensen, AŞPA-nın Media Azadlığı və Jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi

AŞPA-nın Media Azadlığı və Jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Mogens Yensen Azərbaycan hökumətini Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırır.

"Venesiya Komissiyası Azərbaycanın yeni media qanunu haqqında çox tənqidi baxışı var. Bu, olduqca ciddidir və mən bu tənqidi dəstəkləyirəm. Yeni media qanunun bəzi yeni müddəaları Avropanın media azadlığı, jurnalist azadlığı standartlarına uğun olmadığı olduqca aydındır. Odur ki, mən Azərbaycan hökumətini qanunu indi olduğu kimi icra etməməyə, Venesiya komissiyası ilə birgə, onların təlimatları əsasında dəyişməyə çağırıram".

Emin Hüseynov, Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun direktoru
Emin Hüseynov, Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun direktoru

Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun direktoru Emin Hüseynov Venesiya Komissiyasının rəyinin dolğun və obyektiv olduğunu, amma eyni zamanda gecikmiş addım kimi qiymətləndirir:

"Biz jurnalist təşkilatları olaraq onları zamanında, qanun qəbul edilməmişdən əvvəl rəy vermələrini istəyirdik. Amma yenə də sağolsunlar ki, bu mötəbər qurum bu hesabatı verib. Rəy Avropa Şurası Parlament Assambleyasına da təqdim edilib, Avropa Şurası Nazirlər Komitəsi də bununla tanış ola biləcək. Gələcəkdə bu rəy Avropa İnsan Hüquqları Məhkəməsində qərarlar çıxarılarkən işlərin jurnalistlərin xeyrinə çıxarılmasında kömək edəcək."

Medianın İnkişafı Agentliyi Venesiya Komissiyasının rəyinə münasibət bildirib. Agentiliyin bəyanatında rəydə qeyd edilən tənqidlərlə razılaşmadığı əks etdirilir:

"Keçmiş müvafiq qanundan fərqli olaraq "Media haqqında" Qanun "jurnalist" anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə daha geniş prizmadan yanaşmış, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlmişdir".

Azərbaycanın rəsmi qurumları bir qayda olaraq ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

"Media haqqında" qanun bu il fevralın 8-də Azərbaycan prezidenti tərəfindən imzalanaraq qüvvəyə minib, ancaq mediaya lisenziyalar, media reyesteri kimi bir sıra maddələri avqustun 8-dən tam həyata keçiriləcək.

XS
SM
MD
LG