Mayın 14-ü Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında növbəti üçtərəfli görüş baş tutub. Şarl Mişel liderlər arasında müzakirələrin açıq və nəticəyönümlü olduğunu bildirib.
Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş baş tutacaq. Bu, Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişelin də iştirakı ilə üçtərəfli formatda keçirilən beşinci görüşü olacaq.
Sərhədsiz Reportyorlar təşkilatının bu ilki Ümumdünya Mətbuat Azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 151-ci yerdə qərar tutub. Amerikanın Səsinə danışan təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye Azərbaycanda mətbuat azadlığının vəziyyətini şərh edir.
Azadlıq qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahid Sərhədsiz Reportyorların yeni mətbuat azadlığı indeksini şərh edərək bildirir ki, Azərbaycanda mətbuat azadlığının vəziyyəti ölkədə insan hüquq və azadlıqlarının ümumi vəziyyətini əks etdirir.
Danimarkarlı deputat, AŞPA-nın media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə ümumi məruzəçisi Mogens Yensen Azərbaycanda hökumətin jurnalistləri müxtəlif yollarla qorxutduğunu və susdurduğunu, media azadlığının təmin edilməsi üçün təkmilləşdirilməyə xeyli ehtiyac olduğunu vurğulayıb.
AŞPA-nın yaz sessiyası üçün Strasburda olan Demokratik Təşəbbüslər İnstitunun direktoru Akif Qurbanov Azərbaycanda son dönəmlərdə insan haqlarının vəziyyətinə dair önə çıxan məsələlər və problemlər barədə Amerikanın Səsinə danışıb.
Bu yaxınlarda 25 il həbs cəzasına məhkum edilən rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın xanımı Yevgeniya Kara-Murza Amerikanın Səsinə ərinin həbsindən, Rusiyada insan hüquqlarının vəziyyəti və siyasi repressiyalardan danışır.
Daha çox yüklə