Vaşinqtonda yerləşən Brukinqs institutunun əməkdaşı Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə ABŞ-ın mümkün yeni administrasiyasının Yaxın Şərqdə və daha geniş regionda strategiyası, ABŞ-Türkiyə münasibətlərinin gələcəyi və Birləşmiş Ştatların Qafqaz regionunda prioritetləri haqda danışıb.
Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan Makbet Amerikanın Səsinə müsahibədə Ukraynanın məqsədi, tərəflər arasında sülh perspektvi və Rusiya ordusunun mövcud durumunu şərh edib.
Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanin Səsinə Moskvada baş verən hücumun Ukraynada davam edən müharibəyə və Prezident Vladimir Putinin beşinci müddətə prezident seçilməsinin Rusiyanin xarici siyasətinə təsirlərindən danışıb.
Ötən həftə İordanıyanın şımal-şərqinə, Suriya sərhədi yaxınlığına edilən dron hücumu nəticəsində 3 ABŞ əsgəri həlak olub, 40-dan çox nəfər yaralanıb. Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə mühasibədə ABŞ-ın mümkün cavab tədbirlərini və onun nəticələrini müzakirə edib.
Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Giorgi Qogiya Amerikanın Səsinə müsahibədə Azərbaycanda insan hüquqlarının durumu və jurnalistlərin həbsləri haqda danışıb.
Virciniya Politexnik İnstitutu və Ştat Universitetinin Hökumət və Beynəlxalq Əlaqələr kafedrasının professoru Cerard Toal Amerikanın Səsinə müsahibədə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərinin və ABŞ-ın Ukraynaya yardımınn əhəmiyyətini şərh edib.
Daha çox yüklə