Accessibility links

Cennifer Uistrand: Ola bilsin ki, Putin diqqəti yayındırmağa çalışır və hər şeyə görə Qərbi günahlandırmaq istəyir


Cennifer Uistrand: Ola bilsin ki, Putin diqqəti yayındırmağa çalışır və hər şeyə görə Qərbi günahlandırmaq istəyir
please wait

No media source currently available

0:00 0:07:28 0:00

ABŞ-da qərargahlanan Kennan İnstitutunun direktor müavini Cennifer Uistrand Amerikanın Səsinə müsahibədə Putinin Mahaçqala hava limanındak insidentə görə Qərbi günahlandırmasını, Rusiyanın Yaxın Şərqlə əlaqələrini güclənidrmək səylərinin Putinin Şimali Qafqaz siyasətinə təsirini və Rusiyada dini radikallıq təhlükəsini şərh edib.

Amerikanın Səsi: Putin Qərbi Mahaçqala hava limanında ABŞ-ın “poqrom kimi göründüyü” insidenti qızışdırmaqda günahlandırıb. Putin Qərbin və Ukraynanın “ölümcül xaosu” təşkil etdiyini deyib və qeyd edib ki, “ABŞ-ın hazırkı hakim elitaları və onların peykləri qlobal qeyri-sabitliyin əsas benefisiarlarıdır”. Putinin bu iddialarını necə qiymətləndirirsiniz?

Cennifer Uitstand: Suala görə təşəkkür edirəm. Düşünürəm ki, ümumiyyətlə, insanlar bu iddiaların heç bir əsasının olmadığını söyləyəcəklər. Bu, hətta Putinin klassik yanlış məlumatı yayması və ya dezinformasiyasıdır. Mənim və başqalarının gördüyü odur ki, izdihamı Telegramda göndərilən mesajlar təşviq edib. Onlara bildiriblər ki, “Tel-Əvivdən bir reys olacaq və siz getməlisiniz.” Və mən səhv demək istəmirəm, amma “İsraildən qaçqınları və ya yəhudi qaçqınları ələ keçirin” kimi mesajlar yazılıb. Yəni Mahaçqala hava limanında bu təhrikə, bu fəallığa motivasiya Telegram vasitəsilə olub. Mən ABŞ hökumətinin adından danışa bilmərəm, çünki mən ABŞ hökumətinin rəsmisi deyiləm, amma ABŞ-ın Rusiyanın Şimali Qafqaz regionunda birdən-birə kütləvi iğtişaşlar görmək istəməsi üçün heç bir məqsədi və ya səbəbi ola bilməz. Bu, bizim maraqlarımıza xidmət etməyəcək. Bununla belə deyə bilərik ki, Putinin yanaşması bir çox ölkələrdə iğtişaşları qızışdırmaq olub, ona görə daha sonra gedib sakitlik yarada bilməsi üçün Şimali Qafqazda bir növ iğtişaşlar üçün bəhanə yaratmasının onun xeyrinə olmayacağı da bəlli deyil. Və mən yekunlaşdırmaq üçün deyərdim ki, mən bu iddialara heç bir əsas görmürəm və Qərb məsuliyyət daşımadığını söyləyib. Prezident Zelenski və Ukrayna Qərbin cavabdeh olmadığını söyləyib. Və məncə yayda Priqojin məsələsinə və Moskvaya doğru yürüşə baxdığımızda da soyuq bir cavab görürük, burada da təhlükəsizlik xidməti tərəfindən soyuq bir reaksiya görürük. Amma yenə də ola bilər ki, Putin diqqəti Rusiya dövlətində baş verənlərdən yayındırmağa çalışır.

Amerikanın Səsi: Bəzi ekspertlər Mahaçqala insidentinin hakimiyyət tərəfindən kəskin reaksiya doğurmadığını və dövlət təhlükəsizlik qüvvələri tərəfindən hərəkətsizliyinin olduğunu iddia edirlər. Sizcə, bunun səbəbi nə ola bilər?

Cennifer Uitstand: Başqa çox yaxşı sual. Birincisi, məncə, biz cavabın olduğunu söyləməliyik və mən vurğulamaq istəyirəm və oxuduğum xəbərlər də göstərir ki, proses zamanı doqquz və ya ondan çox təhlükəsizlik qüvvəsi yaralanıb. Yəni bir cavab olub. Bu, insanların görmək istədikləri qədər sürətli və ya güclü bir cavab idimi? Güman edirəm ki, burada da bundan öncəki suala cavabımın sonunda dediyim kimi deyəcəm ki, düşünürəm ki, yayın əvvəlinə geri qayıtsanız, Priqojin məsələsində və indiki hadisədə cavab insanların istədikləri qədər güclü və sürətli olmadı. Və ola bilsin ki, Putin diqqəti yayındırmağa çalışır və hər şeyə görə Qərbi və xüsusən də ABŞ-ı günahlandırmaq istəyir. Yəni bu, onun tərəfindən asan, sürətli diqqət yayındırmaq cəhdidir.

Amerikanın Səsi: Sizcə, Rusiyanın Yaxın Şərqdəki rolunu artırmağa və müsəlman ölkələri ilə iqtisadi əlaqələrini gücləndirməyə çalışması Putinin özünü əsasən müsəlman kimi müəyyən edən əhalinin yaşadığı Şimali Qafqaz siyasətinə necə təsir edir?

Cennifer Uitstand: Bu, çox gözəl sual və mürəkkəb sualdır. Birinci hissəsindən başlayım. Rusiya Yaxın Şərqdə rolunu artırmağa çalışırmı? Rusiya əlbəttə ki, Yaxın Şərqlə əlaqələrini artırır, necə ki, Afrikada da bunu edir. O bir çox yerə cəlb olunur. Ancaq bunu iqtisadi səbəblərəmi, yoxsa siyasi xətlərə görəmi edir? Bunun bir çox səbəbi ola bilər, elə deyilmi? Məncə yalnız bir səbəbin olduğunu desək, bu, onun çarəsizcə tərəfdaş axtarışında olduğu üçünmidir? Rusiya bu nöqtədə artıq bir növ pariya dövlətidir. Ona görə də onunla əməkdaşlıq edəcək hər kəsi axtarır. Ona görə də düşünürəm ki, onun müəyyən iqtisadi mənfəəti olduğu üçün Yaxın Şərqdəki müəyyən ölkələrlə əlaqə saxladığını söyləmək çətindir. Düşünürəm ki, bu, daha çox müxtəlif səbəblərdəndir.

Bəs bu,onları Şimali Qafqazda əksəriyyəti müsəlman olan əhali ilə necə əlaqələndirir? Mən bunlar arasında mütləq bir əlaqənin olduğundan əmin deyiləm. Yadda saxlamalıyıq ki, əgər siz Rusiyaya və ya indi bizim Rusiya kimi bildiyimiz, əvvəllər Sovet İttifaqı, ondan öncə isə Rusiya İmperiyasının tarixinə nəzər salsanız, indiki Rusiya ərazisində Şimali Qafqazda və başqa yerlərdə uzun zamandır müsəlman əhali yaşayır. İslam Rusiyada ölkə səviyyəsində tanınan dörd dindən biridir. Yəni orada uzun müddətdir yaşayan əhali var. Mən bilmirəm ki, Şimali Qafqazda hər hansı bir məsələ haqqında danışanda, bunu Putinin xarici siyasət addımları ilə necə əlaqələndirmək olar. Baxmayaraq ki, Fələstin görmək istədiyinə dair açıq-aşkar açıqlamalar verib və HƏMAS heyətini qəbul edib. Aydındır ki, bu, müəyyən siqnallar göndərir, lakin bunun Şimali Qafqazda gündəlik baş verənlərlə birbaşa əlaqəsinin olub-olmadığını bilmirəm.

Amerikanın Səsi: Rusiya nə dərəcədə dini radikallıq təhlükəsi ilə üzləşir?

Cennifer Uitstand: Bu da yaxşı sualdır. Çox çətin sualdır. Mən deyərdim ki, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonrakı dövrə nəzər salsanız, beynəlxalq diqqəti cəlb edə biləcək radikallaşma elementlərinin baş verdiyi müəyyən məqamların olduğunu deyə bilərsiniz. Yəni, 1990-cı illərdə Çeçenistanda baş verən iki müharibəyə nəzər sala bilərsiniz. 2002-ci ildə Moskvada teatrın mühasirəsi. 2004-cü ildə Beslanda məktəbin mühasirəsi. Səhv etmirəmsə, 2007-2008-də Qafqaz Əmirliyi yaratmağa çalışan bir növ cihad hərəkatı var idi. Yəni, Şimali Qafqazda radikallaşmanın artdığını deyə biləcəyiniz məqamlar olub. Amma mən geniş mənzərənin bu olduğunu düşünmürəm. Dağıstanın paytaxtı Mahaçqalaya, bu hadisənin baş verdiyi Dağıstana baxsanız, Dağıstan çox heterogen bir regiondur, Şimali Qafqaz və Cənubi Qafqazın bir çox əraziləri etnik, linqvistik, dini baxımdan heterogendir. Bu əhali uzun müddətdir orada yaşayır. Düşünürəm ki, son illərdə və hətta Rusiyanın Ukraynaya tam miqyaslı hərbi müdaxiləsindən bu yana keçən il yarıma nəzər salsanız və elə bu vəziyyətin baş verdiyi Dağıstanı götürəndə, bir növ gərgin iqtisadi vəziyyət var, uzun müddətdir iş axtaran insanların çoxu xaricə miqrasiya edir, Şimali Qafqazdan olan insanların hərbi xidmətə çağırıldığı bildirilir. Və bütün bunları birləşdirdiyinizdə “bu ekstremizmdir, insanlar ekstremizmə görə ayağa qalxırlar” demək asandır. İnsanları motivasiya edən bir çox başqa şey var. Əgər siz həqiqi ekstremist hadisələrə baxsanız, onlar insanların güman etmək istədiyindən çox azdır. Və burada başqa bir məqam da var. Məncə, əgər tarixə, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonrakı dövrə nəzər salsanız (Sovet dövründə bilirsiniz ki, din daha çox idarə olunurdu), məhz 1991-ci ildən sonrakı dövrdə insanların öz dini ənənələrini ifadə etmək imkanı oldu. Və bu, hökumətin öyrəşdiyi bir şey olduğu üçün bu, bir növ defolt olaraq təqib etmək və kimsə sizin öyrəşmədiyiniz bir şeyi edirsə, bunu dini ekstremizmin nümunəsi olaraq görmək yoluna çevirdi.

Forum

XS
SM
MD
LG