Accessibility links

Corc Vaşinqton Universiteti “COP 29, Azərbaycan, Ətraf Mühit, İnsan Hüquqları” adlı vebinar keçirib


Aprelin 30-da Corc Vaşinqton Universitetinin Mərkəzi Asiya Proqramı “COP 29, Azərbaycan, Ətraf Mühit, İnsan Hüquqları” adlı vebinar təşkil edib. Vebinar iştirakçıları Azərbaycanda insan hüquqlarının vəziyyəti və COP29-un Bakıda keçirilməsi ilə əlaqədar mövcud ekoloji və insan hüquqları risklərini müzakirə ediblər.

Panel iştirakçılarından olan ətraf mühit və iqlim üzrə jurnalist Angelina Davidova deyib ki, 2008-ci ildən bəri COP iki dəfə Şərqi Avropada keçirilib və onların iksi də Polşada olub. Onun sözlərinə görə, noybarda keçiriləcək COP29-a Azərbaycanın ev sahibliyi etməsi post-sovet ölkələri üçün bir presentdir. Davidovanın dediyinə görə, COP-un post-sovet ölkəsində keçirilməsinin vacibliyi ilə yanaşı, bununla bağlı bir neçə narahatlıq da mövcuddur ki, onlardan biri Azərbaycanın neft və qaz ölkəsi olması, neft və qaz hasil və ixrac etməsi, ikinci isə ölkədəki siyasi azadlıqlar və insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdır. Onun dediyinə görə, iki il öncə Misirdə də çox sayda siyasi məhbusun olması səbəbilə COP-un orada keçirilməsinə dair etirazlar olmasına rəğmən, tədbir baş tutdu.

“Bakıda şahid olacağımız da, bu mənada presedent deyil,” o deyib.

Tədbirin bir digər iştirakçısı, Keyt Uotters də COP-un artıq üçüncü ildir ki, əhəmiyyətli fosil yanacaq ehtiyatlarına malik və həmçinin insan hüquqları vəziyyətinin pis olduğu bir ölkədə təşkil edildiyini vurğulayıb.

Azərbaycan iqtisadiyyatının böyük hissəsinin neftdən asılı olduğunu qeyd edən Crude Accountability-nin həmtəsisçisi və icraçı direktoru Uotters neft və qazın Azərbaycanın ixracının 92%-ni təşkil etdiyini bildirib. Crude Accountability Xəzər dənizi hövzəsində, o cümlədən Azərbaycanda neft və qazın təsirinə məruz qalmış icmalarla işləyən ətraf mühit və insan hüquqları üzrə qeyri-kommersiya təşkilatıdır.

“Qalıq yanacaqların özü isə Azərbaycanın daxili enerji təchizatının 98%-ni təşkil edir,” o deyib.

Azərbaycanın “təbii ehtiyatların idarə edilməsinin anlaşılmasını təşviq etmək, ictimai və korporativ idarəetməni və hesabatlılığı gücləndirmək və hasilat sektorunda siyasətin hazırlanması və çoxlu maraqlı tərəflərin dialoqunu maarifləndirən məlumatları təmin etmək missiyası daşıyan” Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün təsisçi üzvü olduğunu qeyd edən Uotters deyib ki, “təəssüf ki, Azərbaycan 2017-ci ildə hökumətin QHT qanunvericiliyinə etdiyi məhdudlaşdırıcı dəyişikliklərə görə təşəbbüsdən kənarlaşdırılıb,” çünki vətəndaş cəmiyyətinin iştirakı MHŞT-nin mümüm komponentidir. Uottersin sözlərinə görə, Azərbaycan, fəaliyyətinin dayandırılmasından sonra, bu çatışmazlıqların bəzilərini düzəltmək və ya düzəltməyə çalışmaq əvəzinə, sadəcə olaraq MHŞT-dən geri çəkilib və o vaxtdan bəri qrupun üzvü deyil.

Azərbaycanın iqlimlə bağlı öhdəliklərinə toxunan Uotters, Azərbaycanın bu ilin mart ayında qlobal metanı azaltmağı vəd etdiyini və qlobal və istixana qazları emissiyalarını 2030-cu ilə qədər 35% və 2050-ci ilə qədər 40% azaltmağa söz verdiyini bildirib.

“Bunlar olduqca təsiredici hədəflərdir. Təəssüf ki, Dünya Bankının məlumatına görə, ölkə bu hədəflərə çatmaq yolunda deyil,” o deyib.

Keyt Uotters həmçinin Azərbaycanın yaşıl enerji təşəbbüsləri haqqında da qısa məlumat verərək, son illərdə günəş enerjisindən istifadənin artdığını və ölkə daxilində enerjini təmin etmək üçün 2 yeni günəş parkının inşa edildiyini qeyd edib.

Uotters çıxışının sonunda bu yaxınlarda ev həbsinə buraxılan iqtisadçı alim Qubad İbadoğludan bəhs edib. Uotters İbadoğlunun Aazərbaycanda neft və qaz sənayesi üzrə azsaylı ekspertlərdən biri olduğunu və korrupsiyaya qarşı mübarizə üzrə ekspert olduğunu qeyd edib. “O, ömrünü Azərbaycanın dövlət neft fondu, SOCAR-la bağlı araşdırılmalara sərf etdi və Azərbaycanın neft sərvətinin ölkə əhalisi arasında bölüşdürülməməsini sual edib.”

Onun sözlərinə görə, COP-un Azərbaycanca keçirilməsi fonunda, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sənayesi ilə bağlı ən tənqidi səslərin saxlanıldığı, həbs edildiyi və insan hüquqlarının pozulduğu bir vaxtda, əsas sual odur ki, “beynəlxalq ictimaiyyət bunlarla bağlı nələr tələb etməlidir?”

Tədbirdə ən son çıxış edən jurnalist Arzu Qeybullayeva Azərbaycanda insan hüquqları pozuntuları və son aylarda baş verən həbslərə diqqət çəkib. O son zamanlar baş verən hadisələrin onilliklər boyu davam edən, ardıcıl və məqsədyönlü təqiblərin davamı olduğunu bildirib. Arzu Qeybullayeva deyib ki, 2003-cu ildən bəri vətəndaş qruplarına qarşı qərəzli mühit və təqiblər dəyişməyib. “Ola bilsin ki, aralarda təzyiqlərdə müəyyən fasilələr olub, lakin vətəndaş cəmiyyətinin həqiqətən inkişaf etməsi və ya ölkədə sadəcə mövcud olması üçün şərait və mühitdə heç bir irəliləyiş əldə olunmayıb,” o bildirib.

Qeybullayevanın dediyinə görə, bəzi hesablamalara görə, hazırda ölkədə 250-dən çox siyai məhbus var, çox sayda jurnalist hədəf alınıb. “Siyasi mühitdə hakim partiya dominantlıq edir və ölkədə plüralizm və rəqabətə yer yoxdur ki, bu onillərdir belədir,” o bildirib.

2022-ildə imzalanan media haqqında qanuna toxunan Arzu Qeybullayeva onun media mühitini islahat etməkdən daha çox deformasiya etdyini bildirib.

“Hakim orqanlar tərəfindən məharətlə həyata keçirilən fırlanan qapı siyasəti, habelə sensura həqiqətən toxunulmazdır. Azərbaycanda jurnalist sistematik olaraq təhlükə kimi görülür və nəticədə onun tərəfdarları həmişə hədəf hesab ediliblər, xüsusən də ölkədəki repressiyaların tarixinə nəzər salsaq. Beləliklə, onların susdurulması həqiqətən də təkcə tam cəzasızlıq vəziyyəti ilə deyil, həm də dövlət aktyorları və onlarla əlaqəsi olanlar tərəfindən təqdim edilən daha geniş əməl və tədbirlər vasitəsilə həyata keçirilir,” o bildirib.

Arzu Qeybullayeva noyabrda keçiriləcək COP-dan öncə və sonra da Azərbaycamdakı insan hüquqlar vəziyyətinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

“Bunu diqqət mərkəzində saxlamaq, insan hüquqlarını dəstəkləməyə davam etmək, siyasi məhbusların azadlığa buraxılması üçün çağırışlar etmək, hökuməti jurnalistləri təqib etməyi dayandırmağa, həbsdə olanları azad etməyə çağırmaq və Azərbaycanın COP-dan əvvəl, COP zamanı və COP-dan sonra işlək və canlı vətəndaş cəmiyyətinin olmasını təmin etmək son dərəcə vacibdir,” o deyib.

Keyt Uotters də Azərbaycan hökumətinə təzyiq göstərməyə davam etməyin vacib olduğunu vurğulayaraq bildirib ki, “biz hesabatlılıq tələb etməliyik və həmçinin Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq qurumları dünya ictimaiyyətini iqlim kimi bu kritik məsələyə cəlb etməklə öz insan hüquqları öhdəliklərinə hörmətlə yanaşmaq arasında balansı tapmağa çağırmalıyıq.”

Forum

XS
SM
MD
LG