Accessibility links

Con Herbst: Amerika siyasətini olduğu kimi davam etdirdiyi təqdirdə, Putin məğlub olmağa məhkumdur


Con Herbst: Amerika siyasətini olduğu kimi davam etdirdiyi təqdirdə, Putin məğlub olmağa məhkumdur
please wait

No media source currently available

0:00 0:04:26 0:00

İyunun 15-16-da İsveçrədə Ukrayna sülh sammiti keçirilir. Sammitdə 90 ölkə və təşkilat sülh planının həyata keçirilməsi və Rusiya və Ukraynann sülh prosesinə cəlb etməyin yollarını müzakirə edəcəklər. Vaşinqtonda qərargahlanan Atlantik Şuranın Avrasiya mərkəzinin direktoru Con Herbst Amerikanın Səsinə müsahibədə İsveçrədə keçiriləcək sülh sammitini və ukrayna müharibəsinin gedişatını müzakirə edib.

Amerikanın Səsi: Cənab Herbst, bu həftəsonu İsveçrədə Ukrayna sülh sammiti keçirilir. Ukrayna 90-dan çox ölkənin iştirak edəcəyi bu sammitdən nə qazanmağı ümid edir?

Con Herbst: Onlar beynəlxalq ictimaiyyətdə, xüsusilə də qlobal cənubda anlayış yaratmaq istəyirlər. Kremlin aqressiyasına qarşı ədalətli mübarizələri ilə bağlı.

Amerikanın Səsi: Rusiyanın iştirak etmədiyi bu sammitin uğurlu olma ehtimalını necə qiymətləndirirsiniz?

Con Herbst: Mən Rusiyanın iştirakının müsbət olduğunu düşünmürəm. Ona görə də onların iştirak etməməsi yaxşı haldır. Əsas sual kimin və hansı səviyyədə iştirak etməsidir. 90 ölkə pis göstərici deyil, amma məncə bu, daha əvvəl bənzər konfranslarda gördüyümüzdən daha azdır. Və zənnimcə bunun səbəbi odur ki, Çin bu konfransla bağlı Kremlin maraqlarına xidmət göstərmək üçün çox çalışır. Onlar lobbiçilik edib – onlar özləri gəlmir – başqa ölkələrə də gəlmələri üçün lobbiçilik edib. İkincisi isə, zənnimcə, Çin bunu ona görə edir ki, Putin və Şi bu yaxında görüşəndə Putin daha çox sərt güc baxımından daha çox dəstək istəmişdi, amma çinlilər Qərbin, xüsusilə də Amerikanın sanksiyalarından qorxduqları üçün, çəkindilər. Və məncə indi bunun əvizini verirlər. Yəni onların hərəkətləri, əlbəttə ki, bədniyyətli və zərərliir, amma Moskvaya silah göndərmək qədər zərərli deyil.

Amerikanın Səsi: ABŞ-ı sammitdə yüksək vəzifəli rəsmilər təmsil edəcək. Siz Vaşinqtonun geosiyasi proseslərin nəticəsindəki rolunu necə görürsünüz?

Con Herbst: Baxın, məncə İkinci dünya müharibəsindən bəri beynəlxalq təhlükəsizlik, sabitlik, firavanlıq üçün Amerika liderliyi mühüm olub. Və İkinci dünya müharibəsindən sonra, bütövlükdə olmasa da, qismən bizim yaratdığımız nizam da qlobal sabitlik, təhlükəsizlik və firavanlıq üçün mühüm olub. Ona görə də, Amerikanın Ukraynaya Putinin aqressiyasını məğlub etməsinə dəstəyi mühümdür. Amerika böyük hərbi müdaxilədən bəri o qədər də sabit olmayıb. Bayden administrasiyası [Ukrayna] siyasəti üçün ağlabatan çərçivə yaradıb, amma onu həyata keçirməkdə çəkingən və ləng olub. Bununla yanaşı əlbəttə ki, Amerikanın Ukraynaya yardımını tamamilə kəsmək istəyən sadəlövh populist Respublikaçılar problemi var. Yeddi aya yaxın Amerikanın yardımı kəsilmişdi ki, bu da ciddi problem idi. Mən ümid edirəm ki, bütün bunlardan sonra Baydenin komandası daha cəsartəli olacaq. Əfsuslar olsun ki, onlar hərbi baxımdan bunu nümayiş etdirməyiblər. Onlar Rusiya aktivlərinin dondurulması sahəsində liderlərlik sərgiləyiblər. Bunu qəbul edirəm. Əgər biz daha cəsarətli siyasət aparsaq, Putin daha tez məğlub olacaq və Ukrayna daha az əziyyət çəkəcək. Mən də bunu görmək istəyirəm.

Amerikanın Səsi: ABŞ və başqa Qərb ölkələri Ukraynaya Rusiya daxilində hədəfləri vurmaq üçün qərbin təmin etdiyi silahlardan istifadə etməyə icazə verib. Rusiya isə öz növbəsinə NATO və ABŞ-ı yeni gərginliyi təhrk etməkdə ittiham edib. Sizə bu müharibənin gedişatına təsir edə bilərmi və necə?

Con Herbst: İlk Amerika müttəfiqləri, daha sonra isə ABŞ-ın qəbul etdiyi bu qərar mühümdür. Təəssüf ki, Bayden komandası nəinki bu qərarı verməkdə gecikib, Rusiyaya infrastrukturunu sıradan çıxarmaq üçün Rusiyaya zərbə edirməyə çox sayda məhdudiyyətlər qoyub və bununla da Moskvaya Amerikanın çəkingənliyi ilə bağlı siqnal göndərib. Bu, təəssüf doğurur. Amma yenə də, bu müsbətdir, kiçik olsa da, müsbət bir haldır, amma daha böyük olmalıdır. Və məncə Amerikanın məhdudiyyətləri zamanla azalacaq, çünki onlar səfehdir, açıq aşkar səfeh. Amma bəzən administrasiyanın onu görməsi çətin olur və bir az vaxt aparır.

Amerikanın Səsi: Rusiyanın Ukraynaya hərbi müdaxiləsi iki ildən çoxdur davam etdiyi bir vaxtda siz bu müharibənin nəticəsi ilə bağlı nə qədər nikbinsiniz?

Con Herbst: Düşünürəm ki, həmin suala artıq cavab verdim. Belə ki, Amerika siyasətinə olduğu kimi davam etdiyi təqdirdə, Putin məğlub olmağa məhkumdur. Və əgər Amerika siyasəti daha güclü olsa, çünki bizim müttəfiqlərimiz, ən azından əksəriyyəti onun daha güclü olmasını istəyir, o zaman Putin daha sürətli bir şəkildə məğlub olacaq.

Forum

XS
SM
MD
LG