Accessibility links

Rayan Makbet: Bu, Ukraynanın Rusiyanı ümumi səfərbərliyə məcbur etmək taktikası ola bilər


Rayan Makbet: Bu, Ukraynanın Rusiyanı ümumi səfərbərliyə məcbur etmək taktikası ola bilər
please wait

No media source currently available

0:00 0:06:34 0:00

Rayan Makbet: Bu, Ukraynanın Rusiyanı ümumi səfərbərliyə məcbur etmək taktikası ola bilər

Ukrayna ötən həftə gözlənilməz bir şəkildə Rusiya ərazisinə müdaxilə edib. Ukrayna qoşunları bu həftə Rusiyanın Kursk bölgəsində irəliləməyə davam edərək, 1000 kvadrat kilometrdən böyük ərazinin nəzarətini ələ keçirdiklərini bildirib. Rusiya rəsmiləri Ukraynanın əldə etdiyi irəliləyişləri etiraf edib, ancaq Ukrayna qüvvələrinin daha dərinlərə doğru irəliləmək cəhdlərinin qarşısını aldığını bildirib. Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan Makbet Amerikanın Səsinə müsahibədə Ukraynanın məqsədi, tərəflər arasında sülh perspektvi və Rusiya ordusunun mövcud durumunu şərh edib.

Amerikanın Səsi: Cənab Makbet, Ukrayna bir həftə öncə rusiyaya müdaxiləyə başlayıb. Ukraynalılar nə üçün indi müdaxilə edirlər? Və sizcə bu müdaxilənin məqsədi nədir? Ukraynalılar nəyə nail olmağa ümid edirlər?

Rayan Makbet: Bu çox gözəl sualdır və məncə bunu bir neçə mümkün cavabı var. İlk ehtimal odur ki, Ukrayna minaların olmadığı yerə hücum edir. Onlar ötən il öz işğal olunan ərazilərinin daxilinə hücum etməyə çalışanda minalarla qarşı-qarşıya çıxırdılar. Ona görə də, Ukrayna həmin minalardan yan keçmək üçün bu hücumu həyata keçirmiş ola bilər. Bu, Amerika Vətəndaş müharibəsi zamanı Şermanın Yürüşündən çox da fərqli deyil. İkinci ehtimal odur ki, bu, düşmənlərin diqqətini bir yerdən uzaqlaşdırmaq üçün başqa bir istiqamətə hücumdur. Yəni, Ukrayna bu yerə hücum edir, amma əslində başqa bir yerə hücum etmək niyyətindədir. Üçüncü ehtimal odur ki, Ukrayna bu hücumu [rus] qoşunları cənubdakı cəbhə xəttindən gəri çəkmək üçün edib ki, oradakı əsrgərləri üzərindəki təzyiq azalsın. Ancaq dördücü ehtimal odur ki, və mən bunun ən mümkün ehimal olduğunu düşünürəm, Ukrayna Rusiyada əsgəri qüvvənin insanlarıın düşündüyü qədər güclü olmadığını göstərmək istəyir və bu, Rusiyanı ümumi səfərbərliyə apara bilər. Və Rusiya xalqı ilə hökumət arasında bir növ razılıq var idi ki, istədiyiniz qədər müharibə apara bilərsiniz, nə qədər ki, Sankt-Peterbruq və Moskvanın uşaqlarına toxunmursunuz. Amma belə bir vəziyyət ümumi səfərbərliyə səbəb ola bilər ki, bu da təkcə Rusiyanın ucqar və ya daha yoxsul bölgələrindən deyil, Sankt Peterburq və Moskvada insanları cəlb edəcək. Yəni, bu, Ukraynanın ümumi səfərbərliyə məcbur etmək taktikası ola bilər ki, bu da Putin rejiminin sabitliyini pozmağa kömək edə bilər.

Amerikanın Səsi: Ukraynanın müdaxiləsinin uğuru sizi təəccübləndirdi? Moskva təəccübləndirmi? Sizcə, Kremldə son hadisələrlə əlaqədar ab-hava necədir?

Rayan Makbet: Mən çox təəccübləndim. Bu günlər bölükdən böyük bir şey təşkil etmək çox çətindir ki, buna təxminən 12 maşın və ya bəlkə də 110 əsgər daxildir. Çünki düşmən dronları bölükdən daha böyük bir şeyin təşkil edildiyini görə bilər. Ona görə də mən düşünürəm ki, Ukrayna bu qoşunları Sumıda avtodayancaqların altında gizlətmiş, daha sonra onlar hazır olanda onları sərhədə gönərmiş ola bilər. Buna görə də, mən təəcübləndim. Mən bilirəm ki, Rusiya da təəcüblənib, çünki həmin ərazi çox yaxşı müdafiə olunmamışdı.

Rusiyadakı ab-havaya gəldikdə isə, onu ölçmək çətindir. Təəssüf ki, mənim sehrli kürəm yoxdur. Amma mən güman edirəm ki, Rusiya narahatdır. Amma onlar o qədər də narahat deyillər, çünki belə görünür, onlar bu müdaxilənin qarşısını almaq üçün heç bir qoşunların yerini dəyişməyiblər. Bəlkə də Rusiya dərk edir ki, “Ukrayna bizi başqa bir şey etməyə məbur etməyə çalışır və gəlin biz Ukrayanın istədiyi şeyi etməyək, çünki günün sonunda onlar həmin ərazini əllərində tuta biləcəklərmi?” Yəni demək ola bilər ki, Rusiyanın elə bir planı var ki, onlar buna sadəcə olaraq məhəl qoymayacaqlar ya da minimum səviyyədə döyüşəcəklər, çünki onlar Ukraynın bu müdaxiləni davam etdirəcəklərinə inanmırlar və əvvəl-axır geri çəkiləcəklərini düşünürlər. Ona görə də, onlar həqiqətən bununla mübarizə aparmaq üçün çox resurs göndərmirlər.

Amerikanın Səsi: Bəzi təhlilçilər iddia edir ki, Ukrayna danışıqlarda üstünülk əldə etməyə çalışır. Ancaq Moskva çərşənbə günü bildirib ki, Ukrayna ilə sülh danışıqlarına uzun fasilə verir. Tərəflər arasında sülh danışıqlarının perspektivləri barədə nə düşünürsünüz?

Rayan Makbet: Əvvəl-axır sülh danışıqları olacaq. Müharibə elə bitəcək. O, çox güman ki, döyüş gəmisində təslim mərasimi ilə və Rusiyanın Ukraynaya tam əkildə təslim olması ilə bitməcəyək və çox güman ki, Rusiya qoşunlarının Kyivə gedib çatması, Ukraynanın Rusiyaya tamamilə təslim olması ilə də bitməyəcək. Bu iki ehtimal çox güman ki, baş verməyəcək. Ancaq əvvəl-axır Rusiya və Ukrayna oturub, bir növ sülh razılığı əldə edəcək və Krım və Donbasda təxminən 40 il müddətinə sülhməramlı qoşunlar olacaq. Bu olacaq, sadəcə olaraq növbəti bir neçə həftədə olmayacaq.

Amerikanın Səsi: Kyiv iddia edir ki, bir həftə öncə gözlənilməz müdaxiləsi başlayandan bəri 1000 kvadrat kilometr ərazinin nəzarətini ələ keçirib. Bəzi təhlilçilər deyir ki, Ukraynanın irəliləyişləri Rusiya ordusunda əsgəri qüvvə çatışmazlığına işarə edir və sizin də daha öncə qeyd etdiyiniz kimi, Moskva yeni səfərbərliyi nəzərdən keçirə bilər. Bununla bağlı düşüncələrinizi paylaşa bilərsinizmi? Son baş verənlər Rusiya ordusunun mövcud durumu barədə bizə nə deyir?

Rayan Makbet: Düşünürəm ki, bu bizə onu göstərir ki, Rusiya Ukraynanı ciddi bir təhlükə olaraq görmür. Onlar inanır ki, onlar sonda “qalib gələcək” və mən bunu dırnaq arasında deyirəm, çünki bu müharibədə heç kim qalib gəlməyəcək. Hər iki tərəf uduzacaq. Biz kimin uduzduğunu, kimin isə daha az uduzduğunu görmək yarışındayıq. Sonda nəticə bu olacaq. Uduzmaq və daha az uduzmaq. Və siz uduzan tərəfdə olmaq istəmirsiniz. Siz daha az uduzan tərəfdə olmaq istəyirsiniz. Yəni, məncə Rusiya Ukraynanı təhdid olaraq görmürdü və bu cür cürətli bir hərəkət etmək qabiliyyətinə malik olduğunu düşünmürdü. Və Rusiya gələcək müdaxilələrlə necə mübarizə apara biləcəklərini yenidən nəzərdən keçirəcək, çünki əvvəl Rusiyanın insnalara bunun reyd olduğunu iddia etmək kimi sərbəstliyi var idi. Ancaq 6-7 gündən sonra aydındır ki, bu, reyd deyil, Ukraynada başqa bir şey baş verir. Hazırda Ukrayna opt tempo, yəni sürətli hərbi əməliyyat aparır. Təşəbbüs hazırda onlardadır və bu ele bir şeydir ki, bir ordu olaraq onunla üz-üzə gəlmək arzuolunmazdır.

Forum

XS
SM
MD
LG