Accessibility links

Stefen Blank: Bu, çox güman ki, daha çox repressiya və səfərbərliyə gətirib çıxaracaq


Stefen Blank: Bu, çox güman ki, daha çox repressiya və səfərbərliyə gətirib çıxaracaq
please wait

No media source currently available

0:00 0:06:38 0:00

Martın 22-də ən azı dörd silahlı şəxs Moskva yaxınlığında yerləşən Crocus City Hall-a daxil olaraq, ən azı 140 nəfərin ölümünə, çox sayda insanın yaralanmasına səbəb olub. Bu qətliam təxminən son iyirmi ildə rusiya ərazisinə baş verən ən tələfatlı ekstremist hücumudur.

Hücuma görə məsuliyyəti İslam Dövləti qruplaşması öz üzərinə götürüb. Ancaq Rusiya rəsmiləri Ukraynanın və Qərbin rolu olduğuna israr edir, Kyiv isə bunu qəti şəkildə rədd edir. Ukrayna Prezidenti Volodimir Zelenski rusiyali həmkarı Vladimir Putini Ukraynada apardığı müharibəyə dəstəyi artırmağa çalışmaqda ittiham edib.

ABŞ-da qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Avrasiya proqramının baş elmi tədqiqatçısı Stefen Blank Amerikanin Səsinə Moskvada baş verən hücumun Ukraynada davam edən müharibəyə və Prezident Vladimir Putinin bu yaxınlarda keçirilən seçkidə beşinci müddətə prezident seçilməsinin Rusiyanin xarici siyasətinə təsirlərindən danışıb.

Amerikanın Səsi: Martın 22-də Moskvada konsert zalına hücum olub, nəticədə 140-dan çox insan ölüb və çox sayda yaralanıb. Hücuma görə məsuliyyəti İslam Dövləti qrupu öz üzərinə götürüb. Putin və digər Kreml rəsmiləri isə heç bir sübut təqdim etmədən Kyivin hücumçuların qaçmasına kömək etmək üçün “pəncərə” açdığını iddia ediblər. Ukrayna bu iddiaları qəti şəkildə rədd edib. Putinin ittihamları ilə bağlı bizə nə deyə bilərsiniz? Bu hücumun artıq üçüncü ilinə daxil olan Ukraynadakı müharibəyə nə cür təsirləri ola bilər?

Stefen Blank: Bunlar təkcə Putinin hücumları deyir. Bortnikov da, Medvedev də bunları deyib. Bunların hamısı yanlışdır. Buna dair heç bir dəlil yoxdur. Onlar tamamilə əsassızdır. Əslində bunun Putin üçün Ukrayna əleyhinə dəstək toplamaq məqsədilə edilən saxta əməliyyat və FSB tərəfindən quraşdırılmış ola biləcəyinə dair sübut var. Burda Ukraynanın əli yoxdur. Bu məntiqli deyil və buna dair heç bir sübut yoxdur. Bundan əlavə Moskvadan çağırışlar o qədər heyrətamizdir ki, mən onlara çox insanın inanacağını düşünmürəm. Belarusdan Lukaşenko deyib ki, onlar Belarusa qaçırdılar amma Belarusa keçə bilməyəcklərini öyrəndilər. Mən başa düşmürəm onlar Moskvadan Bryanska getməyə çalışarkən maşında Belarusa keçə bilməyəcəklərini necə öyrəniblər.
Mən hətta bunun arxasında İŞİD-in olduğuna da skeptik yanaşıram. Baxmayaraq ki, İŞİD və ABŞ hər ikisi İŞİD-in bunu etdiyini iddia edir. Amma bu, İŞİD əməliyyatına bənzəmir. İŞİD əməliyyatları intiharçı missiyalar olur. Onlar ələ keçirilmir. Onların qaçmaq üçün saatları olmur. Amma bu adamlar bir neçə saat Moskvada hərəkət ediblər. Və heç Moskvada da ələ keçirilməyiblər. Onlar iddia olunana görə, 100 mil uzaqda, yolda ələ keçiriliblər. Bu hekayə də mənə inandırıcı gəlmir. Onlara bu əməli törətmək üçün 5000 dollar və ya 5000 rubl veriblər? Mən bunun heç İŞİD də olmadığından şübhələnirəm, amma sübut edə bilmərəm.

Amerikanın Səsi: Putinin tənqidçiləri onu ölkədə təhlükəsizliyi təmin etmək vədini pozduğuna görə qınayaraq, ölkənin güclü təhlükəsizlik aparatını hücumun qarşısını ala bilməməkdə günahlandırıb və ölkənin kəşfiyyat orqanlarının diqqəti əsl təhdidlərə yönəltmək əvəzinə, Putinin tənqidçilərini təqib etməklə məşğul olduğunu bildiriblər. Bəs, sizcə, bu hadisə Putinin imicinə və Rusiyanın daxili siyasətinə necə təsir edə bilər?

Stefen Blank: Bu, Putinin imicini gücləndirmir. Daxili siyasətə gəldikdə isə, bu, çox güman ki, əgər müvəffəq olsa, daha çox repressiya və səfərbərliyə gətirib çıxaracaq. Onlar repressiya apara bilərlər, buna şübhə yoxdur. Amma onlar Ukraynada döyüşmək üçün 300 min, bəlkə də daha çox insanı səfərbər etmək istəyir. Mən bunun mümkün ola biləcəyindən əmin deyiləm. Düşünmürəm ki, bu, bunu etməyə ehtiyac olduğunu göstərdi. Bilirsiniz, bu bir çox cəhətdən Moskvada mənzil partlayışları və 1999-cu ildə “Ryazanski saxar” (Ryazan şəkəri) hadisələrinə çox bənzəyir. Həmin zaman Ryazanda onların, missiyaları partlayıcılar əvəzinə şəkərlə həyata keçirdikləri iddia olunur. Heç kim buna inanmır. Amma bu, Putinin hakimiyyətə gəlməsinə kömək etdi. Mən düşünürəm ki, onlar yenidən bənzər bir şey etməyə çalışdılar. Mən bunun uğurlu olacağından əmin deyiləm. Amma repressiya dayanmadan davam edir. Və dayanmayacaq da.

Amerikanın Səsi: Hücum Rusiya prezidenti Vladimir Putinin kütləvi saxtakarlıq iddiaları ilə müşayiət olunan mübahisəli seçkilərdə hakimiyyətini gücləndirməsindən beş gün sonraya təsadüf edir. Putinin uzun müddət hakimiyyətdə qalmasının Rusiyanın xarici siyasətinə təsiri nədir?

Stefen Blank: Eyni şeylər. Qərbə qarşı müharibə və Rusiya imperiyasını bərpa etmək cəhdləri. Və bu ikisi də bir arada olur, repressiya ilə yanaşı. Rusiya siyasəti və Rusiya tarixində imperiya və avtokratiya ayrılmazdır. Putin imperiyanı qaytarmaq istəyir. O, çardır və illərdir də çar olub. Ölkə də XVI-XVII əsrlərdə patrimonial çar avtokratiyası kimidir ki, orada çar və ya hökumət dövlətin sahibi idi, mülkiyyət isə dövlətə xidmət şərtilə verilirdi. O da indi tam olaraq bunu etməyə çalışır, eyni zamanda ölkənin imperiya olmalı olduğu fikrindədir. Ona görə də, mən yaxın gələcəkdə xarici siyasətdə fundamental dəyişikliklər gözləmirəm.

Amerikanın Səsi: Ötən həftə NATO-nun baş katibi Yens Stoltenberq alyansın Cənubi Qafqaz ölkələrinə dəstəyini ifadə etmək üçün Azərbaycan, Gürcüstan və Ermənistana səfər edib.O, səfəri zamanı Qafqaz regionunda sülh və sabitliyin daha geniş təhlükəsizlik məsələləri, o cümlədən NATO-nun maraqları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. NATO-nun regionda sabitliyi təmin etmək strategiyası nədir?

Stefen Blank: Açığını desəm, mən bilmirəm, çünki NATO heç vaxt onun nə olduğunu söyləməyib. Ona görə də, mən belə bir strategiyasının olduğundan və ya onun mənim kimi kimsənin anlaya biləcəyi bir şəkildə açıq ifadə edildiyindən əmin deyiləm. NATO və Aİ, həmçinin də ABŞ-ın strategiyası olmalıdır, çünki regionu Rusiyaya buraxmaq olmaz. Çünki elə olanda nə baş verdiyini görürsünüz. Və Qafqazda keçmiş Sovet İttifaqının başqa yerlərindən daha çox müharibələr olub. Azərbaycan və Ermənistan rəsmi olaraq sülh sazişi imzalamadan ( ki, bu yaxında ola bilər) və müvafiq sərhədləri delimitaisya etmədən, orada bir vəziyyət olacaq. Gürcüstanda da belə bir vəziyyət var ki, Moskva Cənubi Osetiyanı Rusiyaya daxil etməyə çalışır. Yəni, bunun qarşısını almağın yeganə yolu NATO, Aİ və ABŞ-ın icra edə və həyata keçirə biləcəyi bir strategiyanın olmasıdır. Mən hələ ki, bunu görməmişəm.

Forum

XS
SM
MD
LG