Vicdan məhbusları aclıq aksiyasına başlayır

Hazırda həbsxanalarda “Amnesty İnternational”ın “vicdan məhbusu” kimi qəbul etdiyi 13 müxalifət fəalı saxlanılır.

Mayın 15-dən “vicdan məhbusları”, 16-dan etibarən isə onları müdafiə edən müxalifət fəalları siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyasına başlayacaq. Bu barədə Amerikanın Səsi radiosuna İctimai Palatanın Koordinasiya Şurasının fəaliyyətdə olan sədri Rəhim Hacıyev bildirib.
Onun sözlərinə görə, 6 “vicdan məhbusu” İctimai Palataya aclıq aksiyasına başlayacaqları barədə məktubla müraciət edib. Öz növbəsində, İctimai Palata aksiyanı dəstəkləmək qərarı qəbul edib.
Hazırda həbsxanalarda “Amnesty İnternational”ın “vicdan məhbusu” kimi qəbul etdiyi 13 müxalifət fəalı saxlanılır. Bir sıra hüquq-mühafizə qurumlarının məlumatına görə, ölkədə siyasi məhbusların ümumi sayı 60-dan çoxdur.