Accessibility links

Aclıq aksiyası 8 gündür davam etdirilir


Aclıq aksiyası mayın 15-dən başlayıb.

Vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə İctimai Palatanın mayın 15-dən başladığı aclıq aksiyası davam edir.

İctimai Palatanın Koordinasiya Şurasının katibi Gülağa Aslanlı Amerikanın Səsi radiosuna bildirib ki, aksiya iştirakçıları arasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn artıq 5-ci gündür aclığı davam etdirir. Mayın 22-də aclıq edənlərin sırasına həbsdə olan Nemət Pənahlının qohumu Pənah Pənahlı qatılıb.
Cənab Aslanlı bir neçə saat öncə vicdan məhbusu Arif Hacılının saxlandığı 16 saylı həbsxanada aclığı dayandırdığını bildirib.
Hazırda həbsdə beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı 12 məhbus var.

XS
SM
MD
LG