Accessibility links

Müxalifət fəallarının aclıq aksiyası genişlənir


Artıq 17 nəfər aksiyada iştirak edir

Mayın 15-də həbsxanalarda “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyasına başlayan müxalifət fəallarına bu gün İctimai Palatanın üzvləri də qoşulub.

Belə ki, həbsdə olan Tural Abbaslının anası Başxanım Abbasova, İctimai Palatanın Qadınlar Şurasının üzvü Dünyaxanım Cərullayeva, məhbus Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli, keçmiş vicdan məhbusu Elşən Həsənov, Müsavat Partiyası Qadınlar Şurasının rəhbəri Vəfa Cümşüdlü və təşkilatın Ağdam rayon şöbəsinin rəhbəri Haqverdi Haqverdili aclıq aksiyasına qoşulub. Aclıq aksiyası Müsavat Partiyasının mənzil-qərargahında keçirilir.

Müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasından sonra məhkum olunan məhbuslardan 12 nəfər mayın 15-dən aclıq aksiyasına başlayıb. Onlardan AXCP fəalı Elnur Məcidli cəzasının ikidə bir hissəsini çəkməsi əsası ilə həmin gün azad edilib. Hazırda 11 məhbus aksiyanı davam etdirir.

XS
SM
MD
LG