Accessibility links

Müxalifətin aclıq aksiyasına daha 3 nəfər qoşulub


Hazırda 20 nəfər aclıq edir

2 aprel məhbuslarının başladığı aclıq aksiyasına İctimai Palatanın üzvü olan daha üç nəfər qoşulub. Bunlar Yeganə Əmiraslanova, Lətafət Məlikova, Xanım Mirzəyevadır.

Mayın 16-da aksiyaya vicdan məhbusu Tural Abbaslının anası Başxanım Abbasova, İctimai Palatanın Qadınlar Şurasının üzvü Dünyaxanım Cərullayeva, vicdan məhbusu Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli, keçmiş vicdan məhbusu Elşən Həsənov, Müsavat Partiyası Qadınlar Şurasının rəhbəri Vəfa Cümşüdlü və təşkilatın Ağdam rayon şöbəsinin rəhbəri Haqverdi Haqverdili qoşulmuşdu. Onlar aksiyanı davam etdirirlər.

Beləliklə, hazırda 2 aprel məhbuslarının başladığı aclıq aksiyasına qoşularaq Müsavat Partiyasının mənzil-qərargahında vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə aclıq edənlərin sayı 9 nəfərdir.

Müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi etiraz aksiyasına görə məhkum olunanlar may ayının 15-dən aclıq aksiyası edirlər. Aksiyada Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli, Müsavat Partiyasının üzvləri Ülvi Quliyev, Rüfət Hacıbəyli, AXCP üzvləri Zülfüqar Eyvazlı, Məhəmməd Məcidli, Babək Həsənov, Sahib Kərimov və 2011-ci ilin aprelində başqa ittihamlarla tutulan AXCP üzvü Şahin Həsənli və hüquq müdafiəçisi Vidadi İsgəndərli aksiyada iştirak edirlər.

XS
SM
MD
LG