Ukraynanın keşmiş baş naziri Yuliya Timoşenko həbsxanada iki həftədən artıqdır keçirdiyi aclıq aksiyasını dayandırıb. Həbsxana nəzarətçiləri tərəfindən döyülməsinə etiraz olaraq aclıq edən Timoşenko xroniki bel ağrısından müalicə olunmaq üçün Xarkov şəhər xəstəxanasına köçürülüb.
Ukrayna prezidenti Viktor Yanukoviç Timoşenkonun məhkum edilməsi və hökumətin onun müalicə üçün Almaniyaya aparılmasına icazə verməməsi ilə bağlı artan tənqidlərlə qarşılaşıb. Almaniya Timoşenkonun xəstəliyi ilə əlaqədar ən effektiv müalicənin mümkün olduğu ölkələr arasında öndə gedir.
Bu arada, Polşa prezidenti Bronislav Komorovski Ukrayna liderlərinə Timoşenkonun və başqalarının siyasi əsaslarla həbsinə imkan verən qanunun ləğvinə çağırıb.
Timoşenkonun həbsi bu il futbol üzrə dünya çempionatına Ukrayna ilə yanaşı ev sahibliyi edəcək Polşa üçün böyük problemlər yaratmışdır. Avropa İttifaqına üzv bəzi ölkələr çempionatı bpykot edəcəklərilə hədələyib.