Litva prezidenti Daliya Qrubauskayte Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ilə xəstəxanada görüşən ilk xarici ölkə lideri olub.
Cümə günü həbsxanadan xəstəxanaya köçürülən yuliya Timoşenko ilə görüşdən sonra xanım Qrabauskayte müxbirlərə deyib ki, o, Avropa liderlərinin Ukraynada sammiti boykot etməsindən başlayan prosesin Avropa və Kiyev arasında etimad məsələsində ciddi bir böhrana çevrilə biləcəyindən qorxur.
Ukrayna hökuməti çərşənbə günü Avropa liderlərinin xanım Timoşenko ilə rəftara etiraz olaraq sammiti boykot etməsindən sonra Mərkəzi və Şərqi Avropa ölkələrinin sammitinin təxirə salındığını elan etmişdir. Zirvə görüşü cümə və şənbə günləri Yaltada keçirilməli idi.
Almaniya prezidenti Yoahim Qauk və Çexiya prezident prezidenti Vatslav Klaus da daxil olmaqla, təxminən 10 Avropa lideri sammitdə iştirakdan imtina etdiyini bildirmişdi.