Accessibility links

Aclıq aksiyası 7 gündür davam edir


Aksiya iştirakçıları vicdan məhbuslarına azadlıq tələb edir.

Vicdan məhbuslarının azad olunması tələbi ilə mayın 15-dən başlanan aclıq aksiyası davam edir.

İctimai Palatanın Koordinasiya Şurasının katibi Gülağa Aslanlı Amerikanın Səsi radiosuna bildirib ki, Müsavat Partiyasının qərargahında davam edən aclıq aksiyasında hazırda 12 nəfər iştirak edir. Aksiya iştirakçılarından Şəkərxanım İsgəndərlinin səhhəti bu gün pisləşib, təcili yardım çağırılıb. İndiyə kimi aksiyaya 26 nəfər qatılıb.
Mayın 15-dən saxlandıqları həbsxanalarda aclıq aksiyasına başlayan vicdan məhbusları isə Arif Hacılı istisna olmaqla, mayın 20-dən aksiyanı dayandırıb.
Ombudsman aparatının əməkdaşları bu gün həbsxanada Arif Hacılı ilə görüşüb, onun saxlanma şəraiti ilə maraqlanıb.

XS
SM
MD
LG