Accessibility links

Amnesty İnternational: Avropa Yayım Birliyi Azərbaycanda insan hüquqlarının pozulmasına susur


Amnesty İnternational Eurovision-dan sonra yerli fəalların təzyiqə məruz qalacağından narahatdır

“Eurovision” təşkilatçılarının Azərbaycanda insan hüquqlarının pozulmasının müzakirəsindən imtina etməsi hökumətə repressiyalar üçün kart-blanş verir. Bu barədə Amnesty International Bakıda iki dinc etiraz aksiyası amansızlıqla dağıdıldıqdan sonra bəyan edib.
“Azərbaycanda söz azadlığının dəstəklənməsi barədə açıq bəyanatlarına baxmayaraq, Avropa Yayım Birliyi (EBU) bu hüququn dəfələrlə pozulması ilə bağlı susur”, - hazırda Bakıda Amnesty International-ı təmsil edən Maks Taker bildirib.
EBU və beynəlxalq birlik tərəfindən hərəkətin olmaması başqa cür düşünənlərin təqib edilməsi üçün hakimiyyətə kart-blanş verir”, - o vurğulayıb.
Turan Agentliyinin məlumatına görə, bazar ertəsi 200-dən çox nümayişçi Bakının iki yerində toplaşaraq korrupsiyaya son qoyulmasını və insan hüquqlarına əməl olunmasını tələb edib. Polis aksiya iştirakçılarını həbs edərək şəhərdən kənar yerə aparıb. 38 nəfər döyülərək saxlanılıb. Dinc etiraz nümayişləri xarici jurnalistlərin gözü qarşısında dağıdılıb.
“Görünür, Azərbaycan hakimiyyəti düşünür ki, tənqidə problemsiz tab gətirə biləcək, sonra isə özgə fikirliliyin boğulmasını bərpa edəcək”, - Maks Taker vurğulayıb.
Təşkilat insan hüquqlarının pozulmasının işıqlandırılması üçün “Eurovision”dan istifadə etmək istəyən yerli fəalların müsabiqədən sonra repressiyalara məruz qalacağından narahatdır. “Dövlət qəzetləri artıq “Demokratiya naminə oxu!” kampaniyasının liderlərini erməni agentləri adlandıraraq onlara qarşı böhtan kampaniyasına başlayıb”, - deyə Amnesty İnternational qeyd edir.

XS
SM
MD
LG