Accessibility links

Amnesty International Bakı polisinin dinc aksiyanı dağıtmasını pisləyir


Paytaxt Bakıda piketlərin dağıdılmasının ardınca Amnesty International Azərbaycan polisini dərhal ifadə azadlığına qarşı zorakılıqlara son qoymağa çağırıb.

Yerli fəallar bildiriblər ki, Bakının Sabir Bağında keçirilən aksiyada polis xüsusi olaraq müxalifət partiyalarının üzvlərini hədəf alıb. Müstəqil mənbələrdən daxil olan videokadlrar polisin nümayişçiləri sürüyərək apardığını göstərir.

"Eurovision-nun təmtərağına az qalmasına baxmayaraq Bakı polisini beynəlxalq diqqət öz əməllərindən çəkindirməyib, və onlar qəddarlıqla dinc aksiyaları dağıdırlar,” deyə Amnesty International-ın Avropa və Orta Asiya üzrə direktoru Con Dalhuysen bildirib.

Bu gün Bakıda icazəsiz aksiyaya çıxmış müxalifət tərəfdarları siyasi məhbusların azad olunmasına çağırıblar. Aksiya başlamazdan öncə polis artıq əraziini mühasirəyə almışdı.

XS
SM
MD
LG