Qərargah seçki pozuntularına dair 840 akt təqdim edib
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentiyinə namizədi Cəmil Həsənlinin Seçki Qərargahı prezident seçkiləri zamanı pozuntularla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət təqdim edib.
Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Amerikanın Səsinə deyib ki, MSK-ya Həsənlinin səlahiyyətli nümayəndələri, müşahidəçiləri və seçki komissiyalarının üzvləri tərəfindən tərtib edilmiş seçkilərdə pozuntular haqqında 840 akt təqdim edilib.
Şikayətlərə baxılması şənbə günü başlayacaq və iki gün davam edəcək. Seçki Qərargahı pozuntular haqqında rayonlardan daxil olmaqda davam edən yeni materialları da təqdim edəcək.
O hesab edir ki, seçki pozuntuları ilə bağlı materiallar, habelə ATƏT/DTİHB missiyasının müşahidələrinin hesabatı seçkilərin nəticələrinin ləğvi və yeni seçkilərin təyin edilməsi üçün kifayət qədər əsas verir.