Accessibility links

Naxçıvanda müstəqil müşahidəçi oğurlanaraq hədələnib [Audio-Müsahibə]


Prezident seçkiləri-2013 (Seçki plakatı)
Prezident seçkiləri-2013 (Seçki plakatı)

O oğurlanmağında Naxçıvan MTN-nin əməkdaşını günahlandırır

Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Seçkilərin Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzinin müstəqil müşahidəçisi Şərur rayonundan olan İsrail Əkbərliyə təzyiq ediblər.

İsrail Əkbərli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:03:23 0:00
Direct link


İsrail Əkbərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Şərur rayonunda 34 saylı seçki məntəqəsində olarkən özünü təqdim etməyən bir nəfər onu məntəqədən çölə çıxarıb.

“Mənə dedi ki, sizinlə danışmaq istəyirəm. Soruşanda ki, "siz kimsiz", dedi ki, "maşına otura bilərsiniz." Maşına olanlardan birini sifətdən tanıyıram. Onlardan biri Naxçıvanda MTN-nin əməkdaşıdır. Məni oturtdular maşına, qeyri müəyyən yerə apardılar. Həyatımla oynayırdılar. Ailəmlə, uşağımla təzyiq edirdilər. Deyirdilər "məntəqəyə getmə!", "bu siyasətdən əl çək!“

Onun sözlərinə görə seçkidən əvvəl də belə bir hadisə ilə qarşılaşıb.

Baş verənlərlə bağlı Naxçıvan MR MTN-dən məlumat almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG