Accessibility links

Səsvermə prosesi zamanı müstəqil müşahidəçilərin işinə müdaxilələr olub


Azərbaycanda oktyabrın 9-u prezident seçkilərində səsvermə prosesini izləyən minlərlə müşahidəçi arasında müstəqil müşahidəçilər - tədqiqatçı Jalə Sultanlı və jurnalist Arzu Qeybulla da olub.


Jale Sultanli and Arzu Geybulla
Jale Sultanli and Arzu Geybulla
Onlar səsvermə zamanı qutulara bir neçə bülletenin salınması, bir neçə adamın bir neçə dəfə səs verməsi kimi pozuntuların müşahidə edildiyi və eyni zamanda onların özlərinin müşahidə prosesinə müdaxilələr olduğunu qeyd ediblər.


please wait

No media source currently available

0:00 0:06:30 0:00
Direct link


Nəsimi, Səbayıl dairəsinin 13-cü məntəqəsində müşahidəçi missiyasını yerinə yetirən Jalə Sultanlı ümumilikdə prosesin yaxşı təşkil edildiyini desə də, müşahidəçilərin məntəqədə hərəkət etməsinə maneə olunduğunu bildirib. Müşahidəçilər onun sözlərilə, öz missiyalarını məsafədən aparmalı olublar, onlar seçicilərin siyahılarda adlarının yoxlanmasını yaxından izləyə bilməyib.

Jalə Sultanlı müstəqil müşahidəçilərin prosesi yaxından izləməsi üçün qanunuvericiliklə nəzərdə tutulmuş hüquqlarından istifadə etmək istədiyi halda, seçki rəsmilərinin məsələ ətrafında mübahisə qaldırdığını deyib: “Stollara yaxınlaşıb adların yoxlanılmasını izləyə bilmədim. Hətta dairədən bir nəfər gəldi dedi ki, bu müdaxilədir, belə yaxınlaşa bilməzsiniz.”

Jalə Sultanlı ailə üzvləri ilə Azərbaycan rayonlarından çıxarışla gəlib səs verən seçicilərin sayı ilə bağlı uyğunluğun olmadığını qeyd edib. Araşdırmaçı alim səsvermə prosesindaə müşahidələri ilə bağlı hesabatını yerli “Seçkilərin Monitorinqi və Demokratiya Mərkəzi”nə verəcəyini bildirir.

Jalə Sultanlı ABŞ-ın Corc Meyson universitetində konfliktologiya üzrə doktorluq işi üzərində işləyir.

Arzu Qeybulla müsahibə
please wait

No media source currently available

0:00 0:09:50 0:00
Direct link


Jurnalist Arzu Qeybulla şəxsi təşəbbüsü ilə Bakıda səsvermə prosesini müstəqilə müşahidəçi kimi izləyib. Onun sözlərinə görə, o, seçki məntəqəsində müşahidəçilərin işinə müdaxilə və xüsusilə də kamera ilə gördüyü halları videoya çəkdiyi zamanı maneələrlə qarşılaşıb. Arzu Qeybulla seçicilərin səsvermə prosesində pozuntuları kamera vasitəsilə çəkməsinin qarşısının alınması kimi halları müşahidə etdiyini deyib.

“Bəzən elə olurdu ki, mən kamera ilə duranda gəlib mənim qarşımda dayanırdı ki, mən çəkə bilməyim, bunu görməyim, pozuntunu görə bilməyim.” O da müşahidəçilərin səsvermə prosesini məsafədən izlədiyini bildirib, lakin deyib ki, səslərin hesablanması zamanı qutularda bir bülletenin içində bir neçə bülletenin olduğu halları seçki rəsmilərinin nəzərinə çatdırılıb və onun və digər müstəqil müşahidəçilərin təkidi ilə səslər yenidən hesablanıb.

Arzu Qeybulla səsvermə prosesindəki müşahidələrini öz bloqunda bölüşüb. O, Azərbaycanda prezident seçkiləri ilə bağlı xarici ölkələrin mətbuat orqanlarında yazılarla çıxış edir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG