Onun fikrincə qanunsuzluğa qarşı müqavimətdən başqa yol qalmayıb
Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus Repressiyalara Müqavimət Mərkəzi yaratdığını elan edib.
O bu gün keçirdiyi mətbuat konfransında keçmiş siyasi məhbusları, siyasi məhbusların ailə üzvlərini mərkəzin işində fəal iştirak etməyə dəvət edib.
L.Yunus mərkəzin yaradılması səbəblərindən danışarkən deyib ki, ölkədə hüquq-mühafizə orqanları və məhkəmələr müstəqil deyil. “Hüquq mühafizə orqanları qanuna yox, əmrə, siyasi iradəyə tabedir. Belə halda qanunsuzluğa qarşı müqavimətdən başqa bir yol qalmır”, o qeyd edib.
Onun fikrincə ölkədəki mövcud hüquq müdafiə sistemi də insan haqlarının qorunmasında təsirli rola malik deyil. “Mübarizə aparılmasına baxmayaraq, ölkədə ilbəil siyasi məhbusların sayı artır. Bu həm də hüquq müdafiə sisteminin yararsızlığının göstəricisidir. Hazırda 130 nəfər siyasi məhbus var”.
L.Yunus hüquq müdafiəçilərinin dövlət başçısı İlham Əliyevi tənqid etməməsini, hökuməti vətəndaş cəmiyyəti institutları ilə dialoqa dəvət etməsini, əfv fərmanları ərəfəsində ictimaiyyəti siyasi məhbusların azad ediləcəyinə inandıraraq sakitliyə dəvət etməsi taktikasını yanlış və mənasız adlandırıb. “Son əfv fərmanı zamanı ümidlərin doğrulmaması gözlənilən idi”.
Bundan irəli gələrək, Yunus hüquq müdafiə sisteminə təklif etdiyi yeni fəaliyyətin strategiyası olaraq hökumətə əyilməmək prinsipini bəyan edib. “Hökumətə barışdırıcı müraciət etməyin, o şey ki, qanuni haqqındır, onu tələb et”, sovet dövrünün dissidenti Qriqorenkodan sitat gətirib.
O həmçinin QHT rəhbəri Anar Məmmədlinin, blogerlərin, “İsmayıllı hadisə”sində həbs edilənlərin işində hər hansı cinayət tərkibi olmadığı vurğulayıb.
L.Yunus tanınmış jurnalist Rauf Mirqədirovla bağlı cinayət işinə cəlb olunmasına da toxunub. Özünün və həyat yoldaşı Arif Yunusun pasportlarının hələ də qaytarılmadığını, bank hesablarında olan pulları götürə bilmədiklərini, daimi izləməyə məruz qaldıqlarını diqqətə çatdırıb.