Keçmiş səhiyyə nazirinin məhkəməsi davam edib. O iqtidarı ittiham edib. İnsanov germetik qəfəsə salınıb
Yanvarın 31-də Bakı Apellyasiya Məhkəməsində (BAM) hakim Qədim Babayevin sədrliyi ilə keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə təkrar məhkəmə prosesi davam edib. Təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin 14 mart 2013-cü ildə İnsanovun ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulması haqqında qərar qəbul etməsi ilə əlaqədar aparılır. Avropa Məhkəməsinin qərarının icrası üçün Azərbaycan Ali Məhkəməsinin Plenumu 15 noyabr 2013-cü ildə işi təkrar baxılması üçün BAM-a göndərib.
Yanvarın 17-də müdafiə tərəfi hakimlərin qeyri-obyektiv mövqeyi və təqsirləndirilən şəxsin və vəkillərin vəsatətlərini təmin etməməsi ilə əlaqədar məhkəmə heyətinə etiraz edib. Lakin bu gün etirazın qəbul edilmədiyi elan edilib.
İnsanov şüşəli qapalı qəfəsə yerləşdirilib. Onu yalnız hakim mikrofonu qoşduğu zaman eşitmək olub. O, həmçinin zalı yalnız mikrofonla danışıldığı zaman eşidə bilib.
İnsanov və vəkillər buna etiraz ediblər. Lakin məhkəmə etirazlara məhəl qoymayıb.
Daha sonra İnsanov söz istəyib və xalqı Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə təbrik edib. “Ümid edirəm ki, gün gələcək ulu öndərin (Rəsulzadənin) cənazəsi Ankaradan Bakıya gətiriləcək və onun heykəli ucaldılacaq”, o qeyd edib.
İnsanov həmçinin müdafiə hüquqlarının pozulduğunu və vəkilləri ilə məsləhətləşməsinə imkan verilmədiyini bildirib.
Daha sonra prokuror İnsanova iqtisadi cinayətlərlə bağlı irəli sürülmüş əvvəlki ittihamları elan edib.
Fasilə zamanı vəkil Toğrul Babayev şüşəli, dəmnir qapılı qəfəsə yaxınlaşmağa çalışıb, lakin mülki geyimli şəxslər onu dayandırıblar və kobud şəkildə itələyiblər.
Fasilədən sonra vəkil bu şəxslərin kimliyinin müəyyən edilməsi haqqında məhkəmə qarşısında vəsatət qaldırıb.
“Müvəkkilimin hüquqlarını müdafiə etməyə qorxuram. Məhkəmə zalında mənə qarşı güc tətbiq edən bu insanlardan qorxuram. Onların kimliyinin müəyyən edilməsində israr edirəm”, deyə vəkil bildirib.
Amma onun vəsatətinə məhkəmə heyəti məhəl qoymayıb.
Digər vəkil Şahverdi Ağaveyis işin birinci instansiya məhkəməyə qaytarılması və İnsanovun həbsdən azad edilməsi haqqında vəsatət qaldırıb.
O xatırladıb ki, Ali Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin 4 müxalifətçinin işi ilə bağlı analoji qərarı üzrə işin birinci instansiya məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edib.
Lakin bu vəsatət də təmin edilməyib.
İnsanov özü məhkəməni siyasi sifariş yerinə yetirməkdə ittiham edib.
O, özünə qarşı elan ediləm ittihamları qəbul etməyib və siyasi sifariş adlandırıb. İnsanov xatırladıb ki, qondarma dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və 16 ay həbsdə saxlanılıb, daha sonra başqa saxta ittihamlarla mühakimə edilib.
İnsanov bildirib ki, Azərbaycan hakimiyyətinin “kürü diplomatiyasından”, “güclü lobbi şəbəkəısindən” istifadə etməsinə baxmayaraq Avropa Məhkəməsində ədalət bərpa olunub.
İnsanov İlham Əliyevin adını çəkən kimi hakim mikrofonu söndürürdü.
“Mənim səsimdən də qorxursunuz”, deyə İnsanov bildirib.
O “İlham Əliyevdən özəlləşdirmə haqqında soruşun”, dedikdə hakim yenidən mikrofonu söndürüb.
Buna cavabda İnsanov şüşənin arxasından qışqıraraq və əlləri ilə rəqəmlər işarə edərək, ölkədə 50 min obyektin özəlləşdirilməsindən 30 mlrd. dollar əldə edildiyini, bu vəsaitin İlham Əliyevə verildiyini iddia edib.
Keçmiş nazir qəfəsdə havanın çatəşmadığını, vəkilləri ilə danışmaq, hakimə spz demək istədiyini əl işarələri ilə dəfələrlə göstərsə də məhkəmə heyəti əhəmiyyət verməyib. Qəfəsdəki mikrofon sönülü olduğundan o hakimə müracviət etmək imkanına malik olmayıb, bu zaman vəkillərini onun yerləşdiyi qəfəsə yaxın belə buraxmayıblar.
Zaldakl mikrofonlar prosesə sədrlik edən hakim Qədim Babayev tərəfindən idarə edilib və Əli İnsanov danışan anda dəfələrlə onun mikrafonunu söndürüb.
Əli İnsanovun mikrofonu söndürülən anları təqdim edirik:
- Mən Amerika Dövlət Departamentinə, Avropa İnsan Haqlsrı Məhkəməsinə, beynəlxalq və yerli hüquq müdafiəçilərinə, AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri Andes Herkelə, Andreas Qrosa, Avropa İnsan Haqları komisasarı Hammarberqə, jurnalistlərə təşəkkür edirəm... (mikrofon söndürülüb)
- Hakimiyyət məndən üçüncü dəfə qisas alır. İlham Əliyev... (mikrofon söndürülüb)
- Şirvanşahlar sarayında olubsunuz. Orada şahın divanxanası bu məhkəmədən çox yaxşıdır. Orta əsr təfəkküründə qalıbsınız... (mikrofon söndürülüb)
- Bu Əli İnsanovun məhkəməsidir. Burada mən danışmalıyam. Siz deyirsiniz prezident... (mikrofon söndürülüb)
- Mənim səsimdən də qorxursunuz. Gör hansı hökumətədyik... (mikrofon söndürülüb)
- Körpə uşaq qorxunc şey görəndə gözünü yumur. Elə bilir gözünü yummaqla qorxu keçəcək. İlham Əliyevə deyin gözünü yummasın... (mikrofon söndürülür)
- Qədim Babayev (məhkəməyə sədlik edən-red) siz siyasi sifariş yerinə yetirirsiniz...
- Fikrət Məmmədovu (Ədliyyə naziri-red) dəvət edə... (mikrofon söndürülür)
Proses fevralın 7-də davam etdiriləcək.
Öz növbəsində rəsmi hakimiyyət Əli İnsanovun dediklərinə hələ münasibət bildirməyib. Bununla yanaşı, iqtidar ölkədə hakimiyyət bölgüsünün konstitusiya ilə təsbit edildiyini və məhkəmə hakimiyyətinin müstəqil olduğunu, siyasi sifarişlə işləmədiyini bildirir. Eyni zamanda rəsmi hakimiyyət bundan öncə ölkə rəhbərlərinin fəaliyyətinin şəffaf olduğunu bəyan edib.