Azərbaycan hökuməti diffamasiyanın dekriminallaşdırılmasını istəmir
Your browser doesn’t support HTML5
Azərbaycan “Diffamasiyadan müdafiə haqqında” qanunu qəbul edə bilər. Ancaq, Cinayət Məcəlləsində diffamasiyanı kriminallaşdıran 147-ci (böhtan), 148-ci (təhqir) maddələrinin sanksiyaları olduğu kimi qalmalıdır. Diffamasiyanın dekriminallaşdırılması ilə bağlı hökumət qurumlarının, beynəlxalq və yerli hüquq müdafiə, jurnalist təşkilatlarının bir neçə illik müzakirələrindən sonra hökumətin hazırki mövqeyi belədir.
“Kim düşünürsə təhqir edəcək məsuliyyət daşımayacaq, düz düşünmür.
Müzakirələrdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatları, media ekspertləri, hüquqşünaslar iştirak edib.
Toplantılarla, QHT-lərlə, qrantlarla bağlı cərimələrin artırılması problemlərə səbəb olur və bu da insanlarda hirs yaradır
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qanunvericiliyə edilən son dəyişikliklər qabaqcıl təşəbbüslərə əsaslanır.
“Hakimiyyət çalışır ki, insanların hüququ balanslı təmin edilsin. Qanunlar və məhkəmə qərarları bu balansı təmin etməlidir”.
“Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib.
Milli Məclis döyməyə görə cinayət məsuliyyətini aradan qaldırıb. Halbuki döymək işgəncədir. Mən diffamasiyayan dekriminallşadırılmasını müdafiə edirəm.
Ekspertlər hesab edir ki, diffamasiya qanunvericiliyində fikir azadlığı, şəxsi ləyaqət və ictimai təhlükəsizlik spektrləri qorunmalıdır.
“Burada ortaq xətt tapılmalıdır. Diffamasiya ictimai məsələdirsə “Cinayət Məcəlləsi” ilə, şəxsi məsələdirsə “Mülki Məcəllə” ilə tənzimlənməlidir. Qanun ünsiyyət vasitəsidir. İnsanlar dəqiq bilməlidir ki, hərəkətlərinin sonunda onları nə gözləyir. Vətəndaş cəmiyyətləri, media qanunvericiliyə son dəyişikliklərdə fəaliyyətlərinə mane görürlər. Toplantılarla, QHT-lərlə, qrantlarla bağlı cərimələrin artırılması problemlərə səbəb olur və bu da insanlarda hirs yaradır”, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi Robert Stir qeyd edib.
Diffamasiya ilə bağlı fərqli fikirlər var. Hökumət və parlamentin komitə sədri Əli Hüseynov diffamasiyanın dekriminallaşdırlmasını dəstəkləmir. Bir sıra deputatlar və QHT-lər və ekspertlər bunun əleyhinədir.
“Milli Məclis döyməyə görə cinayət məsuliyyətini aradan qaldırıb. Halbuki döymək işgəncədir. Mən diffamasiyayan dekriminallşadırılmasını müdafiə edirəm. Vaxtı ilə senzura ləğv olunanda da deyirdilər ki, ciddi fəsadlar yaradacaq, amma yaratmadı”, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
Diffamasiyanın Cinayət Məcəlləsində qalması sadəcə çəkindirici xarakter daşıyır.
“Kompromis olarsa qanun layihəsinin müzakirəsinə başlamaq olar. Avropanın bir çox dövlətləri də “Diffamasiya haqqında” qnunu qəbul edib, ancaq Cinayət Məcəlləsinə toxunmayıb. Diffamasiyanın Cinayət Məcəlləsində qalması sadəcə çəkindirici xarakter daşıyır. Azərbaycan son illər diffamasiyaya görə heç bir jurnalisti cinayət məsuliyyətinə cəlb etməyib”, o qeyd edib.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın fikrincə, ifadə və söz azadlığı ATƏT-in təməl prinsipidir və “burada hər hansı kompromis ola bilməz”.
Dünya təkcə Azərbaycanda ibarət deyil. Dünyada fərqli dəyərlər var.
K.Tarqay xatırladıb ki, Azərbaycanda diffamasiya ilə bağlı cəzalar və cərimələr çox yüksəkdir.
“Məsələ qanunun qəbulunun başa çatdırılması bitmir, onun yerinə yetirilməsi də lazımdır. Dünya təkcə Azərbaycanda ibarət deyil. Dünyada fərqli dəyərlər var. ATƏT qabaqcıl dəyərləri Azərbaycana gətirmək istəyir“.
Ekspert Rəşid Hacılı da cərimələrin qanunvericiliyə adekvat olmadığı fikrindədir.
Amma məhkəmələr heç də ağır cinayət sayılmayan diffamasiyaya görə, qəzetlərə 30 min, 50 min və daha çox cərimələr kəsir.
Diffamasiyanın internetə tətbiqi sahəsində də fikirlər ayrılıb.
Ə.Həsənov internetdə təhqirin yolverilməzliyini deyib və təsdiqini tapmayan normaların Azərbaycana gətirilməsini qəbul etmədiyini diqqətə çatdırıb.
“Biz cəmiyyətdə özbaşınalıq yaradacaq normaları qəbul etməyəcəyik. Azərbaycan söz və mətbuat azadlığını da məhdudlaşdırmayacaq”.
O əvvəllər olduğu kimi yenə deyib ki, “internet sahibsiz pişik kimi ev yiyəsinin xəbəri olmadan barını aşaraq evlərə daxil olur”.
“Xəbərsiz qonağı isə necə qəbul edirlər bilirsiniz. İnternetdəki təhqirlərdən hamı narazıdır”, o bildirib.
Hökumət internet peyki qaldırdığı bir vaxtda internetə diffamasiya tətbiq edilir..
“Sanki hökumətdə iki fikir var, - konservatorlar və yenilikçilər. Hökumət internet peyki qaldırdığı bir vaxtda internetə diffamasiya tətbiq edilir. Təzaddır. Bir tərəfdən hökumət internetin inkişafına milyonlarla pul xərcləyir, “internet ili” elan edir, digər tərəfdən isə qanunvericiliyə internetə görə diffamasiya tətbiq edir”, ekspert bildirib.
İnternetdə informasiya mənbəyi, materialın haradan daxil edilməsi, domenin müəyyən edilməsi çoxsaylı problemlər yaradacaq.
“Hər hansı şəxs domeni Azərbaycanda alıb, hansısa xarici ölkədə material yerləşdirə bilər. Qanun necə tətbiq ediləcək, istintaqı kim aparacaq, işə hansı məhkəmə baxacaq”, ekspert Ələsgər Məmmədli bildirib. .
Azərbaycanda 5 milyon internet, 1 milyondan çox Facebook istifadəçisi var..
“Hansısa kənddə bir nəfər internetə material yerləşdiribsə, bu nazirliyin qüvvəsi həmin adamın müəyyən edilib, tapılmasına yönəldilməlidir? ”, O.Gündüz sual edib.
Müzakirələrdə qeyd edilib ki, Azərbaycanda 5 milyon internet, 1 milyondan çox Facebook istifadəçisi var. Minlərlə xəbər saytları internet üzərindən fəaliyyət göstərir. Onlarla anonim xəbər saytları da fəaliyyətdədir.
Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin demokratiya və idarəçilik ofisinin direktoru Roland Qlas diffamasiya ilə bağlı beynəlxalq təcrübədən danışıb.
Prezidenty Obama kəskin tənqidlərə məruz qalır və dözür. Bu onun zəifliyindən irəli gəlmir, əksinə güclü lider olduğunu sübut edir.
”Prezidenty Obama kəskin tənqidlərə məruz qalır və dözür. Bu onun zəifliyindən irəli gəlmir, əksinə güclü lider olduğunu sübut edir”, o qeyd edib.
Geniş müzakirələrdən sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Diffamasiyadan müdafiə haqqında” qanunun aşağıdakı şərtlərlə qəbulunun məqbul olduğunu diqqətə çatdırıb.
“İlk öncə bu sahədə beynəlxalq qanunvericiliyin tətbiqinin üstünlüyü qanunda əksini tapmalıdır, cərimələr beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Qanuna yeni keçir müddəası əlavə edilməlidir ki, iki ildən sonra diffamasiyanın dekriminallaşdırlımasına keçilir”.