Azərbaycan parlamentinin internetdə böhtan və təhqirə görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsi beynəlxalq və yerli jurnalist təşkilatları tərəfindən tənqidlə qarşılanıb.
Nyu Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (BJMK) bəyanatında deyilir ki, Milli Məclisin internetdə böhtana görə cəza nəzərdə tutan düzəlişi qəbul etməsi mətbuat azadlığı məsələsində geriyə doğru ciddi addımdır.
“Bu, onsuz da ifadə azadlığı ilə bağlı ciddi problemlərin olduğu ölkədə baş verib”.
Komitə prezident İlham Əliyevi bu ilin payızında keçiriləcək prezident seçkilərindən öncə qəbul edilmiş bu qərara veto qoymağa çağırıb.
“Bütün bunlar ictimai debatların mühüm olduğu bir vaxtda özünüsenzuranı gücləndirir”, - sənəddə vurğulanır.
Azərbaycan böhtana görə cinayət cəzasının ləğvi ilə bağlı Avropa Şurasının qarşısında öhdəliklər götürüb. Bu fonda Azərbaycan cəmiyyətinin diffamasiyanı dekriminallaşdırmağa hazır olmaması barədə parlamentin vitse-prezidenti Ziyafət Əsgərovun bəyanatı təəccüb doğurur.
“Əgər bu qanun qüvvəyə minərsə KİV-in imkanlarının ciddi məhdudlaşdırıldığı ölkədə mühüm informasiya mənbəyinə çevrilən onlayn resurslarda ifadə azadlığını məhdudlaşdıracaq. Biz İlham Əliyevi bu qanuna veto qoymağa çağırırıq”, - komitənin nümayəndəsi Nina Oqnyanova bildirib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) da Milli Məclisin cinayət məsuliyyəti yaradan dəyişikliyi qəbul etməsini pisləyir.
RATİ hesab edir ki, diffamasiya haqqında qanun qəbul edilmədiyi halda tələsik şəkildə belə bir dəyişikliyin edilməsinin əsas məqsədi prezident seçkilərinin keçirildiyi bir ildə sosial şəbəkələrdə fəal şəxslərə- tənqidçi blogerlərə və fəallara qarşı bu ittihamdan istifadə edərək ölkədəki fəallığı azaltmaqdır.
RATİ qeyd edib ki, jurnalistlərin və blogerlərin öz müstəqil fikirlərinə görə cinayət cəzasına məhkum olunması həm ölkə konstitusiyasına, həm də Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olmaqla yanaşı, ölkədə jurnalistlərin fəaliyyətinə “çəkindirici effekt” təsiri göstərir.
RATİ bu səbəbdən ölkə prezidentini “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı”na uyğun olmadığı üçün Cinayət Məcəlləsinə edilən dəyişikliyi təsdiq etməməyə çağırır.