Accessibility links

Expression Online Initiative: Azərbaycanda İnternet qismən azaddır


İnternet azadlığı hesabatının təqdimatı
İnternet azadlığı hesabatının təqdimatı

Hesabat noyabrın 6-9-da Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu ilə əlaqədar hazırlanıb

Azərbaycanda İnternet qismən azaddır. Saytların geniş şəkildə bloklanması və filtrasiya praktikasının olmamasına baxmayaraq, İnternet istifadəçilərinin şəbəkədə söylədikləri fikirlərə görə cinayət təqibi halları olur ki, bu da özünüsenzuranı doğurur. Bu barədə “Azadlıq axtarışında: Azərbaycanda on-line ifadə azadlığının vəziyyəti” hesabatının ilkin variantında deyilir.

Sənəd “On-line ifadə təşəbbüsü” kampaniyasının fəalları tərəfindən hazırlanıb.

Kampaniya Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), İnsan Hüquqları Klubu, Beynəlxalq Mediaya Dəstək (IMS), Demokratiyaya Milli Dəstək (NED) və Açıq Cəmiyyət Fondları, həmçinin Azərbaycan üzrə beynəlxalq tərəfdaşlıq qrupunun dəstəyi ilə həyata keçirilir.

Oktyabrın 10-da araşdırmanın təqdimatında RATİ-nin direktoru Emin Hüseynov bildirib ki, hesabat noyabrın 6-9-da Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu ilə əlaqədar hazırlanıb.

Tədbir çərçivəsində noyabrın 5-də “On-line ifadə təşəbbüsü” kampaniyası ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç, BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisi Frank La Rue və digər beynəlxalq ekspertlərin iştirakı ilə konfrans keçirəcək.

Bugünkü müzakirələr zamanı vətəndaş cəmiyyəti fəallarının və ekspertlərin söylədikləri irad və təkliflər sənədin son redaksiyasında nəzərə alınacaq. Sənəd oktyabrın sonlarında təqdim olunacaq.

Sənəddə Azərbaycanda İnternet problemləri kompleks şəkildə araşdırılır. Bura qanunverici baza, texniki vəziyyət, ifadə azadlığının vəziyyəti və digər məsələlər daxildir.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı İnternetdə hüquqi məsələləri araşdırıb. Onun sözlərinə görə, İnternetin məzmununu tənzimləyən xüsusi qanunlar yoxdur. Bu məsələlər KİV, terrorizmə, kibercinayətkarlığa, uşaq pornoqrafiyasına qarşı mübarizə haqqında qanunlarla tənzimlənir. Diffamasiya məsələsi of-line mediada olduğu kimi tənzimlənir.

Bununla yanaşı qanunvericilikdə provayderlərin məsuliyyəti ilə bağlı boşluqlar var, saytların bloklanması və filtrasiyası mexanizmlərində aydınlıq yoxdur.

Nəticədə provayderlər inzibati göstərişlər və məhkəmə qərarı olmadan sayta girişi məhdudlaşdıra və digər məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər.

O, digər problem kimi rabitə müəssisələrinin (mülkiyyət formasından asılı olmayaraq) öz avadanlıqlarının texniki xarakteristikasını MTN ilə razılaşdırmasının vacibliyi barədə normativ qaydaların olmasını göstərib. Bundan əlavə, MTN rabitə müəssisələrində xüsusi otaqlarda öz avadanlıqlarını quraşdıra, oradan istifadəçini dinləyə, izləyə bilər və müəssisə rəhbərliyinə bununla bağlı heç bir bilgi verməyə bilər.

Hesabatın müəlliflərindən biri Bəxtiyar Hacıyev diqqəti elektron hökumətin ləng tətbiqinə, “az” domeninin alınması ilə bağlı problemlərə yönəldib.

Sənədin üzərində işə beynəlxalq ekspertlər də cəlb edilib.

Article 19-dan Rebekki Vinsent bildirib ki, Azərbaycan ifadə azadlığına zəmanət verilməsi sahəsində beynəlxalq sazişlərin iştirakçısı kimi İnternetdə bu azadlığı təmin etməlidir və bundan ötrü texniki imkanlar var. Lakin İnternetdə tənqidi fikirlərin söylənməsinə görə vətəndaşların təqib olunması faktları var. Odur ki, hesabatda bu cür faktların qarşısının alınmasına dair tövsiyələr əksini tapıb.

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov bildirib ki, hesabatda Nicat Əliyevin (dini azadxeber.org saytının redaktoru), Vüqar Qonaqovun, Zaur Quliyevin (Qubada “Xəyal”TV-nin əmməkdaşları), Fərəməz Allahverdiyevin (kütləvi iğtişaşlara çağırışda ittiham olunaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib) azadlığa buraxılmasına dair tələblər irəli sürülüb.
RATİ-nin reportyoru Mehman Hüseynovun və bloger Elnur Məcidlinin barəsində cinayət işi bağlanmayıb.
Həmçinin jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə faktının araşdırılmasına çağırılıb.

Müzakirələrə yekun vuran İMS-in regional meneceri Gülnarə Axundova deyib ki, hesabatda Azərbaycanda İnternet azadlığının və keyfiyyətin təminatına dair tövsiyələr irəli sürülüb. Belə addımlardan biri vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərin iştirakı ilə informasiya-kommunikasiya texnologiyaları üzrə müstəqil qurumun yaradılması ola bilər.

Öz növbəsində, rəsmi Bakkı ölkədə internetin azad olsuğunu bilririr. Prezident Əliyev deyib ki, Azərbaycanda insanlar internetdən azad iastifadə edir və hər hansı resursa qadağa tətbiq edilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG