Accessibility links

Media Hüququ İnstitutu: Hazırda 12 jurnalist həbsdədir


Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyev
Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyev

İnstitutun layihələr üzrə koordinatoru Xalid Ağəliyev bildirib ki, 5 jurnalistə qarşı narkotik, digərinə qarşı isə dövlətə xəyanət, rüşvət alma, xuliqanlıq kimi maddələr irəli sürülüb.

Media Hüquqları İnstitutu növbəti dəfə “Azərbaycanda İfadə Azadlığı - 2012” yarım illik hesabatını açıqlayıb.
Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, 2012-ci ilin birinci yarısı statistik göstəricilər baxımından əvvəlki illərdən fərqlənmir.

Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:43 0:00
Direct link

Hesabatın mühüm hadisələr hissəsində qeyd edilir ki, fərqli məqamlar ondan ibarətdir ki, həbsdə olan jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların heç biri onların peşə fəaliyyəti ilə bağlı deyil. İttihamların çoxu narkotik vasitəsilə bağlıdır, həbsdə olan 5 jurnalistə qarşı belə ittihamlar irəli sürülüb. Digər jurnalistlərə qarşı dövlətə xəyanət, rüşvət alma, xuliqanlıq kimi maddələr irəli sürülüb.
Hesabatın “İfadə azadlığı ilə bağlı məhkəmə işləri” bölümünə görə, 2012-ci ilin birinci yarısında diffamasiya ilə bağlı 17 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. İddiaçı və şikayətçilər məmur və iri sahibkarlar olub. İddia və şikayətlər “Yeni Müsavat”, “Azadlıq” və “Xural” qəzetlərinə qarşı qaldırılıb. 6 iş xüsusi ittiham qaydasında qaldırılıb, jurnalistlərin həbsi istənilib. Məhkəmələr hələlik həmin işlər üzrə qərar verməyib. 6 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 600 000 AZN-dən artıq olub. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 91 000 AZN təzminat ödəmək öhdəliyi qoyulub. Ən ağır təzminatlara “Xural” və “Azadlıq” qəzetləri məruz qalıb.
“Həbslər və cinayət ittihamları” hissəsinə görə, hazırda 12 jurnalist həbsdədir.
“Jurnalistlərə, mediaya qarşı basqılar” bölümünə görə isə, son 6 ayda ən azı 35 jurnalist fiziki, psixoloji basqılara, hədələməyə, texniki əngəllərə məruz qalıb. Basqı hallarının sayı isə 45-dən çox olub. Basqıyla üzləşənlərin əksəriyyəti tənqidi məzmunları ilə seçilən jurnalistlərdir. Hüquq-mühafizə orqanları qeyd olunan və eləcə də ötən illərdə baş verən basqıların araşdırılması ilə bağlı jurnalistləri razı salan, günahkarları cəzalandıran qərarlar qəbul etməyib.
Bununla belə, “İnformasiya əldə etmək hüququ“ bölümündə bu sahədə ciddi geriləmələrin müşahidə olunduğu qeyd edilib.
Sənədə görə, İnformasiya sorğuları vasitəsilə məlumat əldə edilməsində ciddi problemlər müşahidə olunur. Hesabat müəllifləri yarım ildə qanunla informasiya sahibi sayılan qurumlara göndərilmiş 50 sorğunun icrasını monitorinq edib. İnformasiya sahibləri 50 sorğunun 17-nə cavab verib.
Hesabatın sonuncu “Tövsiyələr” bölümündə, MHİ hökumətə tövsiyə edir ki, Ali Məhkəmə ifadə azadlığı ilə bağlı işlərə baxılma qaydaları ilə bağlı tövsiyə xarakterli Plenum Qərarları qəbul etməlidir.
İfadə azadlığı üçün çox təhlükəli olan müddəalar qanunvericilikdən çıxarılmalıdır. Son zamanlarda “İnformasiya əldə edilməsi haqqında”, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən əlavə və dəyişikliklər ləğv olunmalıdır.
MHİ həmçinin şübhəli ittihamlarla həbs olunan jurnalistlərin işlərinin yenidən, ədalətli araşdırılmasını təmin etməyə, jurnalistlərə qarşı basqı hallarını, xüsusilə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, yazıçı-publisist Rafiq Tağının qətlə yetirilmələri işlərini, Xədicə İsmayılovanın, İdrak Abbasovun işlərini qısa müddətdə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırır.
Öz növbəsində, rəsmi Bakı ölkədə jurnalistlərin təhlükəsizliyinin, ifadə azadlığının tam təmin edildiyini bildirir.
XS
SM
MD
LG