Accessibility links

IPGA Azərbaycanda fikrin ifadə olunması azadlığının həyəcanlı durumu ilə bağlı dərin narahatdır


Human Rights Azerbaijan
Human Rights Azerbaijan
Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) Azərbaycan hakimiyyətinin ifadə və informasiya azadlığını məhdudlaşdırmaq məqsədilə atdığı son addımları pisləyir.

“Eurovision”dan sonra hakimiyyət qanunvericiliyə beynəlxalq informasiya azadlığı prinsiplərinə zidd düzəlişlər edib. Bütün bunlar söz azadlığı ilə bağlı həyəcanlı durum fonunda baş verir". Bu barədə Turan Agentliyi İPGA-ya istinadən bildirir.

“IPGA Azərbaycanda fikrin ifadə olunması azadlığının həyəcanlı durumu ilə bağlı dərin narahatlığını bildirir. Bu vəziyyət mayın sonlarında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsindən bir neçə həftə sonra xeyli pisləşib”.

Bəyanatda jurnalistlərin və fəalların təqib olunması faktları sadalanıb:
21 iyun, 2012-ci il. “Tolishi Sado” qəzetinin redaktoru Hilal Məmmədov narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib. Bir gündən sonra məhkəmə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
Fotoqraf və jurnalist Mehman Hüseynov iyunun 12-13-də xuliqanlıqda ittiham olunaraq həbs edilib. Onu beş ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı İlham Əmiraslanov iyunun 8-də silah və döyüş sursatı saxlamaq ittihamı ilə həbs olunub. İyunun 19-da KİV-ə məktubunda bildirib ki, silah onun üzərinə polis tərəfindən qoyulub və o, işgəncələrə məruz qalıb. Bundan əvvəl, “Kür” qərargahının daha bir fəalı Oqtay Gülalıyev demək olar ki, iki ay həbsdə qalıb və şərti olaraq azadlığa buraxılıb, lakin ona qarşı ittiham aradan qaldırılmayıb.

Jurnalistlər İdrak Abbasova və Xədicə İsmayılovaya ilə bağlı ədalət yerini tapmayıb. Birinci evlərin sökülməsini çəkərkən ARDNŞ-nin əməkdaşları tərəfindən vəhşicəsizə döyülüb. İsmayılovaya gəlincə, onun barəsində gizli kamera ilə çəkilmiş intim kadrlar İnternetdə yerləşdirilib.

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallının məhkəməsi davam edir. Daha yeddi jurnalist həbsdədir: Anar Bayramlı, Ramin Bayramov, Vüqar Qonaqov, Zaur Quliyev, Aydın Canıyev, Taleh Xasməmmədov və İlham Süleymanov.

Koalisiya qanunvericiliyə məhdudlaşdırıcı düzəlişlərə də münasibətini bildirib: iyunun 12-də parlament qeydiyyat və səhmdar şirkətləri haqqında informasiyanın əldə olunmasını məhdudlaşdıran düzəlişləri qəbul edib.

Hakimiyyət sərf etməyən KİV-lərin cinayət təqibi üçün diffamasiyadan istifadəni davam etdirir ki, bu da müxalifət qəzetlərinə qarşı yüksək cərimələrdən xəbər verir.

IPGA ifadə azadlığı hüququna görə təqibləri pisləyir və Azərbaycan hakimiyyətini dərhal aşağıdakıları etməyə çağırır:
- İlham Əmiraslanov, Anar Bayramlı, Ramin Bayramov, Vüqar Qonaqov, Zaur Quliyev, Şahin Həsənli, Vidadi İsgəndərov, Aydın Canıyev, Taleh Xasməmmədov, Hilal Məmmədov, İlham Süleymanov, Əvəz Zeynallı dərhal və şərtsiz azadlığa buraxılsınlar;
- Polisdə İlham Əmiraslanova qarşı işgəncələr barədə şikayət operativ və hərtərəfli araşdırılsın; Mehman Hüseynov və Oqtay Gülalıyevə qarşı ittihamlar götürülsün;
- İdrak Abbasova hücum və Xədicə İsmayılovaya qarşı təqib faktları araşdırılsın və günahkarlar cəzalandırılsın, diffamasiya haqqında qanunvericilik ləğv olunsun.
Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb: Article 19, Freedom House, Freedom Now, Human Rights House Foundation, Senzura İndeksi, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar, Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyası (WAN-IFRA).

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG