Azərbaycan Orta Nəqliyyat Dəhlizinin rəhbər komitəsinin təsis edilməsini təklif edib

Orta Nəqliyyat Dəhlizi (Xəritə Azərbaycan Dəmir Yolları QSC-dir)

Azərbaycan Asiya və Avropa ölkələrini Xəzər və Qafqaz vasitəsilə birləşdirən Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yük daşımalarının artırılması üçün Dəhlizin rəhbər komitəsini təsis etməyi təklif edib.

"Bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır", deyə prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.

"Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə, başlanğıcdır", Əliyev bildirib.

Bu ildən Azərbaycan Qazaxıstandan neft tranzitini bərpa edib və neçə illərdir Türkmənistandan neft tranziti həyata keçirir.

Hazırda bu və ya digər mənada “vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır”, o qeyd edib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan sonra Orta Nəqliyyat Dəhlizi üzrə yüklərin daşınması sürətlə artmaqdadıır.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, Azərbaycan dəmir yolları vasitəsi ilə 2022-ci ildə tranzit yük daşımaları 2,9 milyon ton artaraq 7,5 milyon ton, ümumi daşıma isə 3,7 milyon ton artaraq 18,7 milyon təşkil edib.

“Tranzit daşımaları 2021-ci illə müqayisədə Şərq-Qərb dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq 3,9 milyon ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon ton artaraq 2,9 milyon ton olub. Şimal-Cənub dəhlizi ilə yükdaşımalarda 90% artım qeydə alınıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalarda artım isə 41% təşkil edib”, məlumatda qeyd edilir.

Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarını nəzərdə tutur.

Belə ki, TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.