Araşdırmaçı jurnalistin həbsindən apellyasiya şikayəti verilib

Hafiz Babalı

Dekabrın 15-də vəkil Rəsul Cəfərov araşdırmaçı jurnalist Hafiz Babalı barəsində Bakının Xətai Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından apellyasiya şikayəti verib.

Bu barədə Amerikanın Səsinə vəkilin özü məlumat verib.

Vəkilin sözlərinə görə, apellyasiya şikayətinə gələn həftə baxılacaq.

Dekabrın 13-də Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.

Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Araşdırmaçı jurnalistin həbsi çoxsaylı beynəlxalq təşkilatllar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Babalı son günlər Azərbaycanda həbs edilən 8-ci jurnalistdir.