Dekabrın 8-də Xətai rayon məhkəməsində "Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin ailə üzvləri ilə görüşməsinə və telefon danışıqlarına qoyulmuş qadağadan verdiyi şikayət üzrə proses keçirilib. Vəkil Zibeydə Sadıqova bildirib ki, hakim şikayəti təmin etməyib.