Mina partlaması nəticəsində traktorçu xəsarət alıb

Minaya düşmüş traktor (Mənbə: ANAMA)

Oktyabrın 26-da Azərbaycanın Tərtər rayonunda (Bakıdan 321 kilometr qərb) əkin işləri zamanı traktor minaya düşərək partlayıb. Partlayış nəticəsində traktorçu Elçin Nurəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki. traktorçunun bir qolu amputasiya olunub.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumata görə, hadisə Tərtər rayonunun Suqovuşan kəndində təsərrüfat işləri aparılan zaman baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

2020-ci il noyabrın 10-da 44 günlük müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 334 Azərbaycan vətandaşı zərər çəkib, o cümlədən 65 nəfər ölüb, 269 nəfər yaralanıb.

Ekspertlər münaqişə ərazisində yüz minlərlə minaların və partlamamış hərbi sursatların qaldığını bildirir.