ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) agentliyə təhvil verilib.
ANAMA-nin məlumatına görə, xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
ABŞ-ın Marşal İrsi İnstitutu indiyədək Azərbaycana 70-dən çox xilasedici minaaxtaran it hədiyyə edib.
Baş Prokurorluq bildirir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxslər olmaqla, ümumilikdə 299 nəfər mina qurbanlarından 55 nəfər həlak olub, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ekspertlərin fikrincə, münaqişə gedən Azərbaycan ərazisində yüz minlərlə mina var.
Forum