Accessibility links

Şuşada mülki şəxs minaya düşüb


Mina (Mənbə: ANAMA)
Mina (Mənbə: ANAMA)

Sentyabrın 22-də Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Məlumata əsasən, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan mülki şəxs idarə etdiyi traktorla minaya düşüb.

“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı üçün təhlükə yoxdur”, məlumatda qeyd olunub.

Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunda tank əleyhinə minaların partlaması nəticəsində 6 nəfər, iki mülki şəxs, 4 polis əməkdaşı həlak olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ili noyabrın 10-dan indiyədək 314 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 61 nəfəri ölüb, 253 nəfəri yaralanıb.

Forum

XS
SM
MD
LG