Accessibility links

Riçard Vaytz: Döyüşlər sülh danışıqlarını dəyişdirə biləcək bir vəziyyət yarada bilər


Riçard Vaytz: Döyüşlər sülh danışıqlarını dəyişdirə biləcək bir vəziyyət yarada bilər
please wait

No media source currently available

0:00 0:03:20 0:00

Vaşinqtonda qərargahlanan Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz Amerikanin Səsinə müsahibədə Qarabağda hərbi əməliyyatların dayandırılması barədə əldə olunan razılığı, sona hadisələrin ABŞ və Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlara təsirini şərh edib.

Riçard Vaytz: Bu illər boyu döyüşlər zamanı Azərbaycanla ermənilər arasında onlarla atəşkəs olub. Onların bəziləri davam edib, bəziləri etməyib. Və mən təxmin etməli olsam (ki, bu hər zaman təhlükəlidir), məncə bu dəfəki atəşkəs davamlı olmayacaq.

Riçard Vaytz: Rusiyanın, təbii ki, hələ də orada sülhməramlı qüvvələri var və hər iki hökumətlə əlaqələri var. Ancaq mümkündür ki, Rusiyanın təsirinin zəifliyi, diqqətin Ukraynaya yayınması, Ermənistanda Rusiya qüvvələri və ya Rusiya hökumətindən müttəfiqlik əlaqələrindən irəli gələrək gözlədikləri müdafiəni ala bilməmələri ilə bağlı qəzəb mövcud döyüşlərə töhfə verir. Mən düşünürəm ki, Rusiyanın təsiri güclüdür, ancaq bir neçə il öncə ilə müqayisədə ABŞ, Qərb, Türkiyə və başqa ölkələr Rusiyadan daha çox təsirə malikdir.

Riçard Vaytz: Bu danışıqlar, Rusiyanın vasitəçiliyi, ABŞ-ın indi edə biləcəyi və BMT-nin, çünki məncə xarici işlər nazirləri hazırda oradadır, bunların hamısı atəşkəsə və ya hətta sülh razılığına gətirib çıxara bilər, əgər tərəflər bunu istəyirsə. Ancaq hələ ki, azərbaycanlılar ən azından status-kvoda dəyişiklik istədiklərinə işarə ediblər ki, ən azından mübahisəli regiondakı ermənilər də buna müqavimət gösrəiblər. Ona görə də bunun üçün ya oradakı etnik ermənilər və ya Azərbaycan hökuməti güzəştə getməlidir.

Riçard Vaytz: Mümkündür. Hələ ki, bəlli deyil, ancaq döyüşlər həmin üelh danışıqlarını dəyişdirə biləcək bir vəziyyət yarada bilər. Hazırda danışıqlar Azərbaycan hökuməti, Ermənistan hökuməti və dolayı yolla Azərbaycanın daxilində Dağlıq Qarabağda belə desək, erməni muxtar qurumu arasında vasitəçilik etməyə çalışan xarici tərəflər arasındadır. Ancaq hazırkı hücum Dağlıq Qarabağ üzərində Azərbaycan hökumətinin tam nəzarətini yenidən qurmaq məqsədində müvəffəq olsa və bəlkə də, oradakı bəzi erməniləri ərazini tərk etməyə və Ermənistana getməyə təşviq edə bilsə, bu, yeni bir vəziyyət yaradacaq. Bu da Azərbaycanla Azərbaycan daxilində Ermənistanın dəstəklədiyi erməni qrupu arasında deyil, birbaşa Ermənistanla Azərbaycan arasında döyüşlərin qarşısını almaq olacaq.

Forum

XS
SM
MD
LG